Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biz güclü qadın olaraq niyə məhz Mati Harini gördük...
Samirə Əfəndi, Avroviziya 2021

 “Evrovizion-2021” başa çatdı. Builki müsabiqə çoxları üçün o dərəcədə də şahşahalı görünmədi desəm, yeri var.

Buna bir səbəb qlobal böhran, digər səbəb də bu müsabiqənin mahnı müsabiqəsi çərçivəsindən çıxaraq siyasiləşdirilməsi fonunda ədalətsiz nəticələrin müəyyənləşməsidir.

Azərbaycan təmsilçisi S.Əfəndi 65 xalla 20-ci yeri tutdu. Onun ifasında səsləndirilən “Mati Hari” adlı mahnı öz cəmiyyətimizdə birmənalı qarşılanmadı. Bir çoxları mahnının əslində çox gizli mesajlar daşıyaraq Almaniya və Fransaya bir “nə etdiyinizi görürəm” ismarıcı göndərsə də, bir çoxları Niderlandda yaşamış və əxlaq səviyyəsi ilə heç də müsbət reputasiya qazanmayan bir qadına mahnı həsr edilməsini xəta saydı. Bu il müsabiqənin mövzusu “güclü qadın” idi.

Müsabiqə üçün seçilən Mata Hari ləqəbli bir kurtizankanın əslən builki müsabiqənin keçirildiyi Niderlanddan olduğunu nəzərə alıb bu mahnını seçmişdilər. Lakin nəzərə alınmalıydı ki, müsabiqənin nəticəsini tək niderlandlıların səsləri müəyyənləşdirmir, Mata Hari obrazı nə qədər mübahisəli olsa da, avropalıların əksəriyyəti onu mənfi reputasiyalı insan kimi xatırlayır. Güclü qadın mesajını məncə, ən yaxşı şəkildə Rusiya verdi. Həm musiqini öz dilində təqdim etdi, həm milli geyimli böyük qadının içərsindən müasir geyimli, müasir düşüncəli yeni güclü qadın çıxdı, daha nə olmalıydı? Biz isə güclü qadın olaraq məsələn, Tomris elementindən, döyüşçü, vəfalı ömür yoldaşı, fədakar ana və misilsiz gözəlliyə malik türk qadını elementlərindən uğurla istifadə edə bilərdik. Necə ki, Mati Hariyə böyük uğurla Azərbaycan melodiyalarını sintez edə bilmişdik. Mati Harinin rəqqasə olduğunu nəzərə alaraq şouda bir ayaq “Yallı” gedilməsini də anlamaq olar. Hərçənd “Yallı” birliyin, kollektiv gücün rəmzidir, Mati Hari təkbaşına, yalnız öz kefi üçün çalışmış biri olub. Müsabiqənin əvvəlki illərində güclü qadın olaraq ana haqqında mahnı yadımdadır - çox da sevilmişdi.

Ədalət naminə demək lazımdır ki, təmsilçimiz S.Əfəndi ifaçılıq məharətinə və komandası ilə birgə göstərdiyi performansa görə daha yuksək yer tutmağa layiq idi. 20-ci yer ölkəmizin bu müsabiqədə iştirak etdiyi illər ərzində ən aşağı pillədir.

Bu müsabiqədə iştirakçılar bir qayda olaraq ingiliscə mahnılar təqdim etdikləri halda, İngiltərə kimi bir ölkə təmsilçisinin 0 xalla 26-cı olduğunu nəzərə alsaq, gələcək müsabiqələrdə mahnının öz dilimizdə öz sənətkarlarımız tərəfindən hazırlanmasını təklif edərdim. Çünki bir il ərzində müsabiqə mahnıları kifayət qədər reklam edilir, nə məqsədlə yazıldığı, nə məna daşıdığı hamıya aydın olur. Niyə ruslar kimi öz dilimizdə oxumayaq ki?

Bir az da gündəmi tutmuş bayraq qalmaqalı barədə. Bəli, yarımfinalda ukraynalı rəqqasənin bayrağımıza qarşı etdiyi hərəkət hörmətsizlik idi. Finalda isə bayraqlar divanın üzərinə qoyulmuşdu, yerdə deyildi, milçəkdən fil düzəltmək lazım deyil. Günah bir az təşkilatçılardadır ki, bayralqarın yerləşdirilməsi üçün xüsusi bir masa qoymaq olardı. Ukraynalı rəqqasələrin rəqsi isə o dərəcədə də mürəkkəb bir rəqs deyildi ki, onu bizimkilər ifa edə bilməsinlər. Gözəllik də bizimkilərdə, plastika da. Ukraynadan rəqqasəyə nə gərək vardı? 2008-ci ildə Evrovision sırf öz məhsulumuz idi və hələ də o unudulmaz təqdimat barədə danışılır.Özümüzü bəyənsək, dünya da bizi bəyənəcək.

Son olaraq bir neçə cümlə də müsabiqədə bizim jürinin paylaşdırdığı ballar barədə demək istərdim. Bu müsabiqədə məlum məsələdir ki “dost dostu görür”. Builki xal verməklərimizə baxsaq, biz düşmənlərimizə görüm-baxım eləmişik. İsrailə , Britaniyaya niyə yükisək ballar verilmədi, niyə Yunanıstanı önə çəkməliydik? Bitərəf olduğumuzu, bu müsabiqəni yalnız bir mahnı yarışması kimi gördüyümüzü vurğulamaq istəyirdik? Bəs onda niyə Rusiyaya 12 bal?

Qabil demiş, “dözülməz oluruq biz, səhv düşəndə yerimiz”.

İlhamə

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »