Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Robert Koçaryan Ermənistan hakimiyyətinə xəbərdarlıq etdi
Robert Koçaryan

Ermənistanın ikinci prezidenti, "Ermənistan" alyansının rəhbəri Robert Koçaryan hakimiyyət orqanları vasitəsilə tərəfdarlarına qarşı təzyiqlərin olduğunu bildirib.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Sabiq dövlət başçısı qeyd edib ki, hüquq-mühafizə orqanları onun tərəfdarlarına qarşı təzyiqlər göstərir.

"Artıq bir neçə gündür, hüquq-mühafizə orqanları əməkdaşlarını mənim silahdaşlarıma təzyiq göstərməsi barədə xəbərlər daxil olur. Mən məğlubiyyət səhifəsini bağlamaq üçün, milli həmrəyliyə görə barəmdəki qanunsuzluğu və haqsızlığı bağışlaya bilərəm, amma xəbərdarlıq etmək istəyirəm ki, komandamın üzvlərinin təqib olunması məqsədilə heç bir qondarma iş unudulmayacaq və bağışlanmayacaq.

İnandırıram ki, qanunsuzluq edən istənilən vəzifəli şəxs tezliklə qanun qarşısında cavab verəcək”, - deyə Robert Koçaryan bildirib.

Daha əvvəl Ermənistanın digər müxalifətçiləri də hakimiyyətin hüquq-mühafizə orqanları vasitəsilə onlara qarşı təzyiqlərə əl atmasından şikayətləniblər.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »