Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əliuşaqlı" aksiya və buna reaksiyalar
YAP - Yeni Azərbaycan Partiyası

Ramil Vaqifoğlu adlı feysbuk istifadəçisi AXCP Qadınlar Təşkilatı üzvlərinin mayın 21-də Bakının mərkəzi meydanlarından birində razılaşdırılmamış aksiya cəhdini "növbəti fiasko" adlandırıb. Eyni zamanda mühacirətdə olan müxalif jurnalistlərə də eyni reaksiyanı bildirib:

"Müxalifətin Avropadakı "təhqir maşınları" qanadı yenidən fiaskoya uğradı. Bu dəfə də 14 gün ərzində 28 saat danışdılar, təhqir etdilər, vəzifə bölgüsü apardılar, insanları küçələrə çıxmağa çağırdılar. Lakin heç bir vətəndaş onları dinləmədi, əlinin tərsi ilə itələdi. Beləliklə də, 21.05.2021-ci il tarixində saat 15:00-a təyin olunan aksiya da baş tutmadı, elan olunan əraziyə etirazçı gəlmədi. Yalnız 3-5 nəfər xüsusi öyrədilmiş əlil insanları, uşaqlı qadınları əraziyə göndərmişdilər ki, kameralar qarşısında şou yaradılsın, "dəhşətli" səhnələr çəkilsin, amma polisin peşəkarlığı buna imkan vermədi. Hətta, bəzən polisin manevrləri də olurdu ki, ərazidə işləyən muzdlu jurnalistlər çaş-baş qalırdılar, gülünc vəziyyətə düşürdülər, hətta yalan məlumat ötürməyə məruz qalırdılar. Bir sözlə, polislərə AFƏRİN! Həmin muzdlu jurnalistlərin pulu etirazçı çıxışlarından çıxsa da, bu dəfə çörəksiz qaldılar. Onlar yalnız quş ölümünü çəkməklə və bir-birinin üzərinə qışqırmaqla kifayətlənməli oldular. Həmin jurnalistlər də məcbur qalıb yalan danışır, hətta bəzən dedikləri rəqəmlərin neçə olduğunu da unudurdular. Gah 16, gah da 17 nəfər saxlanılıb kimi və s. Amma əslində, 1 nəfər belə olsun saxlanılmamışdı...

Lakin bu cür toplantılarda müxalifətin istifadə etdiyi iyrənc təxribat metodlarına da mütləq fikir vermək lazımdır. Bunlardan biri bilərəkdən əraziyə azyaşlı uşaqları, əlil insanları göndərməkdir. Bu, heç şübhəsiz ki, təxribatdır və kameralara düşəcək görüntülərlə haray-həşir yaratmaq məqsədi güdülür. İkincisi, jurnalistlərin bilərəkdən ərazidə oturub istirahət edən insanları narahat etməsi, polislərə təzyiq etməsi, onları təxribata çəkməsidir".

YAP Gənclər Birliyi isə baş verənlərə görə AXCP sədri Əli Kərimlini günahlandırıb: "21.05.2021-ci il tarixində bir qrup AXCP üzvü olan qadınlar təxribat törətdilər. Əli Kərimlinin təlimatı ilə uşaqlarla birlikdə qanunsuz aksiya üçün elan olunan yerə gəldilər. Kameralar və səhnə əvvəlcədən hazırlanmışdı. Beləliklə də, şou baş tutdu və sosial şəbəkələrdə Azərbaycan dövlətinə və polisinə qarşı qərəzli hücumlar başladı. Söz yox ki, polis qanunla müəyyənləşdirilmiş vəzifəsini yerinə yetirirdi, ona heç kəs söz deyə bilməz. Amma qadınları, uşaqları siyasi şou alətinə çevirən Əli Kərimli kimilər, uşaqlara psixoloji travma yaşadan AXCP üzvü qadınlar da məsuliyyətdən yayınmamalıdırlar, cəzalarını almalıdırlar..."

AXCP sədri Əli Kərimli isə öz feysbuk hesabında cəbhəçi qadınlar Mətanət Turan, Gülnarə Rəhimova, Səbinə Mirzəyeva, Sevinc Gözəlova, Könül Əhmədova və Mehriban Hüseynliyə qarşı polisin zorakılıq etdiyini yazıb və hətta onların aksiyada iştirak etmədiyini deyib: "... Aksiyada iştirak etməyiblər. Onlar Apellyasiya Məhkəməsindən gələrkən aksiya təyin olunmuş yerdən fərqli məkanda və fərqli vaxtda bu polis zorakılığına məruz qalıblar. Hərçənd ki, cəbhəçi xanımlar istənilən dinc aksiyada iştirak da edə bilərdilər və bu aksiyada iştirak belə bir qəddarlıq üçün əsas deyil".

AXCP sədrinin müavini Seymur Həzi də baş verənlərlə bağlı paylaşım edib və polisin uşaqlara münasibətindən sarsıldığını qeyd edib.

Bununla belə həmin insidentdən yayılmış videogörüntülərə əsaslanan bir çox feysbuk istifadəçiləri də polisin uşaqlara qarşı sərt davranmadığını, sadəcə, hadisə yerindən uzaqlaşdırdığını önə sürüblər. Müxalifətin və mühacir jurnalistlərin uşaqlara qarşı Azərbaycan polisinin zorakılıq etməsi haqda iddialara və ittihamlara cavab olaraq YAP Gənclər Birliyi 2013-2021-ci illərdə ABŞ-da 12-13 yaşlarında uşaqların polis tərəfindən öldürülməsinə dair 5 fakt sadalayıb və Azərbaycanda polisin uşaqlara qarşı sərt davranmadığını önə sürüb. Eyni zamanda hakimiyyət tərəfdarları AXCP RH üzvü Fuad Qəhrəmanlının öz həyat yoldaşına və qızına qarşı fiziki zorakılığına və partiyanın buna səssiz qalmasına dair fikirləri yenidən gündəmə gətiriblər.

Xatırladaq ki, müxtəlif zamanlarda müxtəlif ölkələrdə uşaqların siyasi aksiyalara cəlb olunması faktları olub və bu, hər zaman etirazla qarşılanıb. Məlumdur ki, yazılmış və yazılmamış bütün qanunlara görə azyaşlıların siyasi aksiyalarda, hərbi əməliyyatlarda, terrorçuluq fəaliyyətlərində və bu kimi əməllərdə iştirakı, cəlb olunması qadağandır. Bir neçə il əvvəl Moldovada belə hal olmuşdu; uşaqlar hakimiyyət əleyhinə aksiyalara cəlb edilmişdi və beynəlxalq təşkilatlar bunu qınamışdılar. Uşaqların radikal dini mərasimlərə də zorla cəlb edilməsi daim pislənib. Təbii ki, istənilən halda zorakılıq faktı varsa, pislənməlidir. Ancaq polisin vəzifəsi uşaqları siyasi aksiyalardan uzaqlaşdırmaqdırsa, hər şeydən əvvəl azyaşlıları siyasi aksiyalara cəlb edənlər buna görə siyasi, mənəvi, hüquqi məsuliyyət daşıyırlar.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »