Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göyçayda yük avtomobili yanıb
Yanğın - FHN

Göyçay rayonunda "Ford Tranzit" markalı yük avtomobili yanıb.

Hadisə bu gün saat 17:15 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayı üzərindəki körpüdə qeydə alınıb. Göyçay sakini İsmayılov Fariz Şahpənəg oğlu idarə etdiyi 99-CM-383 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı yük avtomobili ilə hərəkətdə olarkən qəflətən maşının mühərrik hissəsindəki elektrik naqilində qısaqapanma nəticəsində yanğın baş verib. Alov qısa vaxtda avtomobilin hər tərəfini əhatə edib.

Nəticədə avtomobil yanaraq yararsız hala düşüb.

Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın tamamilə söndürülüb.

Hadisə zamanı polis əməkdaşları tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təhlükəsizlik məqsədilə nəqliyyatın hərəkəti dayandırılıb, yanğın söndürüldükdən sonra hərəkət bərpa edilib.(apa)

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »