Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qazaxın və Naxçıvanın kəndləri mütləq qaytarılacaq"
Naxçıvanın Kərki kəndi

“Hər şey sadəcə zaman məsələsidir.Ermənistandakı parlament seçkiləri düşmən ölkədəki siyasi ehtirasları daha da qızışdırıb. Ona görə də oradakı potensial namizədlər, istər Paşinyan olsun, istər Köçəryan olsun, istər Sərkisyan, istərsə də digər bir şəxs populist bəyanatlar verməklə məşğuldurlar. Auditoriyanın dəstəyini qazanmaq, seçkilərdə üstünlük əldə etmək üçün namizədlərin belə bəyanatlarını təbii qarşılamalıyıq. Qarabağ məsələsinin, 44 günlük müharibənin, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsinin daha çox müzakirə predmeti olması, seçkinin aparıcı mövzusu olması da normaldır. Lakin biz ehtiyatı əldən verməməli, Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsi üçün təzyiqlərimizi, təsirlərimizi, diplomatik, siyasi, yeri gələrsə hərbi aktivliklərimizi saxlamalıyıq”.

Bu fikirləri bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Azərbaycanla sülh məsələsinə toxunan hər bir erməni lider təzyiq altına düşür, yaxud oradakı radikallar ona qarşı dərhal hücuma keçirlər. Ona görə də prosesin ağır bir formada getməsi təbiidir. Həssas bir dönəmdir düşmən ölkədə. Azərbaycanla sülh sazişi imzalamaq, xəstə təxəyyüllü ərazi iddialarından vaz keçmək, ərazi bütövlüyünü tanımaq, Xankəndi və digər yerlərdə separatçılıq fəaliyyətlərinə son qoymaq və s. qərarları qəbul etmək nə indiki hakimiyyətə asandır, nə də seçkidən sonrakı yeni hakimiyyət üçün asan olmayacaq. Amma bunlar reallıqlardır. Xüsusən qeyd edilənlərlə yanaşı Qazaxın 7 kəndinin, Naxçıvanın Kərki kəndinin azad edilməsi Azərbaycanın əsas şərtlərindəndir və bu ərazilər mütləq bizə qaytarılacaq. Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bu işlər görüləcək. Geosiyasi reallıqlar da, Azərbaycanın hərbi, siyasi, iqtisadi, diplomatik gücü də bu məsələlərin həyata keçməsində aparıcı amildir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Ermənistan Qarabağa iddia etmək fikrindən birdəfəlik vaz keçməlidir. Qarabağın, oradakı 30 min erməninin hansısa status tələb etməsi də mümkünsüzdür. Qarabağ Azərbaycan torpağıdır və oraya heç bir status verilə bilməz. Oradakı ermənilər Azərbyacan vətəndaşı olaraq, bizim qanunlar içərisində yaşamalıdırlar.

Qanunlara əməl edənlər, dinc yanaşı yaşayanlarla bağlı heç bir problem ola bilməz. Amma hər hansı separatçılıq əməlləri yolverilməzdir və ən sərt şəkildə cəzalandırılmalıdır. Separatçılıq edənlər, silahlı və terror fəaliyyətləri həyata keçirmək istəyənlər, azərbaycanlılara məxsus hərbi və mülki şəxslərə, obyektlərə azacıq belə ziyan vuranlar zərərsizləşdirilməli, hətta fiziki cəhətdən məhv edilməlidir. Ermənistan da, dünya da bu reallıqla hesablaşmalıdır. Azərbaycan öz ərazisində kimsənin terrorçu əməllərinə yol verə bilməz və verməyəcək də. Sülh və sabitlik yalnız bu şərtlər daxilində mümkün olacaq. Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyacaq, amma ilk olaraq bu qeyd etidyimiz məsələlər olmalıdır. Bunları birtərəfli şəkildə gerçəkləşdirmək mümkün deyil. Onsuz da Azərbaycan bir sıra məqamlarda güzəştli mövqe nümayiş etdirir, yaranmış problemlərin həllində konstruktivlik göstərir. Amma Ermənistan cığallıq etməklə gərginlik yaratmağa çalışır. Bununla nəyə isə nail olmağı düşünürlərsə bunda da yanılırlar. Çünki proses geri dönməz xarakter alıb. Bölgədə kommunikasiyaların açılması da mütləq gerçəkləşməli olan bir məsələdir. Azərbaycan hazırda Laçın rayonu vasitəsilə Ermənistanla Xankəndi arasındakı əlaqələrin, gediş-gəlişin reallaşmasına şərait yaradıb. Ermənistan da üzərinə götürdüyü öhdəliyə uyğun olaraq Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanla Naxçıvanın gediş-gəlişini, o cümlədən bölgədən keçən kommunikasiyalar vasitəsilə Rusiya, Türkiyə, İran və digər ölkələr arasında əlaqələrin olmasına şərait yaratmalıdır. Gec, ya tez, Ermənistanın istəyib-istəməməsindən asılı olmayaraq bu dəhliz də gerçəkləşəcək. Hətta ola bilər ki, Laçın rayonundan, Qaragöl ətrafından ikinci bir dəhliz də açılsın. Ona görə də bu şərtlər altında yeni bir sülh sazişinin imzalanması tam mümkün görünür. Müəyyən informasiyaların səsləndirilməsi də göstərir ki, bu istiqamətdə danışıqlar gedir.

Danışıqlar ictimaiyyətə elan edilməsə də ortada artıq ilkin nəticələrin olmasını da deyə bilərik. Sazişin imzalanması ən çox Ermənistana və onun zəlil durumda olan xalqına lazımdır. Sərhədlərin müəyyənləşdirilməsi, gediş-gəlişin açılması ermənilərin sosial-iqtisadi durumuna da müsbət təsir edəcək. Ona görə də erməni siyasi-hərbi elitası sadə və bədbəxt erməni xalqını aldatmaqdan, gerçəkləşməsi mümkünsüz olan bəyanatlar verməkdən çəkinməlidirlər. Konstruktiv olmaq lazımdır. Ermənilər özlərinə dinc inkişaf erası açmaq istəyirlərsə bunları etməlidirlər. Azərbaycanla, Türkiyə ilə normal münasibətlər erməni xalqına sabitlik və inkişaf vəd edir. ABŞ, Fransa, Rusiya və s. kimi güclərin yalan vədləri erməniləri məhvə aparır. Növbəti dəfə kmlərinsə həvəsləndirməsi ilə addım atmaq istəyən Ermənistan bu dəfə Zəngəzurun onda olan hissəsini, Dərələyəzi, Göyçəni, hətta İrəvanı da itirə bilər”,- deyə o qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »