Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın keçmiş səfiri: "Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi"
ABŞ-ın keçmiş səfiri

"Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi. Burada gördüyümüz mənzərə ürəkağrıdıcıdır".

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərin bərpası xeyli zaman alacaq: "Bununla belə, Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsi çox yaxşı haldır. Biz Azərbaycan və Ermənistanın tezliklə mehriban qonşuluq şəraitində yaşamalarını arzulayırıq".

Qeyd edək ki, ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb. Nümayəndə heyətinin ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şəhidlər xiyabanı ilə tanış olması nəzərdə tutulur.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »