Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Zəngəzur və Göyçənin ardınca Tavuşa da daxil olacaq”
Qaragöl, Zəngəzur, Azərbaycan

Azərbaycan-Ermənistan sərhədlərində delimitasiya və demarkasiya proseslərinin hələ baş tutmadığını demək olar. Çünki qarşı tərəf buna maksimum mane olmağa çalışır. Əvvəlcə delimitasiya həyata keçirilməlidir. Ermənistan sovet dövrünün sərhəd xətləri ilə razılaşmadığından, ümumi işlərin ilk mərhələsini bitirmək olmur.

Bizimyol.info xəbər verir ki, İrəvanın cığallığı sərhəddə gərginliyin artmasına xidmət edir. On günə yaxındır Qaragöl ətrafında qarşıdurmalar yaşanır. Məsələ hətta beynəlxalq müstəviyə çıxıb.

Ermənistan mətbuatı Zəngəzurdan və Göyçədən həyəcanlı xəbərlər paylaşır. Xəbərlər arasında hətta Ermənistan hərbçilərinin döyülməsi də yer alır. Ermənistan cəmiyyəti ordunun acizliyinə görə çox qəzəblidir. Azərbaycan tərəfi xeyli təmkinli təsir bağışlayır. Çünki beynəlxalq hüquq sərhədlərin ölkələr müstəqillik əldə edəndə olduğu şəkildə müəyyənləşməsinin tərəfdarıdır. Bu o anlama gəlir ki, Zəngəzurda, Göyçədə səs-küy salmağın mənası yoxdur. Sərhədlər lazımi yerlərdən keçəcək.

Ermənistanın keçmiş baş qərargah rəisi Onik Qasparyanın müşaviri Vladimir Poqosyan son müsahibəsində deyib ki, Zəngəzurda, Göyçədə baş verənlər Ermənistan üçün gözləniləndən də pis nəticələnə bilər. Onun iddiasına görə, Bakı bu mahalların ardınca diqqəti Tavuş vilayətinə yönəldəcək.

Söhbət Azərbaycanın tarixi torpaqlarından gedir. Bu yerlər vaxtilə Qazax qəzasının ərazisinə daxil olub. Tavuş vilayəti əsasən Qaraqoyunlu mahalının torpaqlarında formalaşdırılıb. Ərazi bir vaxtlar Tavus adlanıb. Burada yerləşən Tavus qalasını 3-cü əsrdə hunlar tikib. Ermənistanda ərazi vilayət kimi 1995-ci ildə rəsmiləşdirilib.

Poqosyan hakimiyyəti ittiham edib. Keçmiş müşavir Nikol Paşinyan və komandasını satqın hesab edir, onların rəsmi Bakıdan xeyli çəkindiyini düşünür. Poqosyanı narahat edir ki, Azərbaycan istədiyi əraziyə heç bir güllə atmadan daxil olur. O, Tavuş vilayətində də eyni hadisələrin yaşanacağını ehtimal edir.

Keçmiş müşavirin nə deməsindən asılı olmayaraq, məsələ qanunauyğun şəkildə həllini tapacaq. Azərbaycan hakimiyyəti rəsmi sənədlərə uyğun davranır. Tavuş vilayətində ələ keçirilən ərazilər varsa, həmin yerlər də bizə qaytarılacaq.

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
Son xəbərlər
Bütün xəbərlər »