Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türklərin 9 Noyabr sevinci davam edir” - Poqosyan
Basarkeçər, Zəngəzur

Təəccüblənməyin, 9 noyabr bəyannaməsində Tavuş bölgəsindən kəndlərin (Qazaxın 7 kəndi nəzərdə tutulur – red.) təhvil verilməsini nəzərdə tutan bir bənd vardı. Amma bu işin həmin gecə həll olunmasının qarşısı alındı”.

Bizimyol.info xəbər verir ki, Bu fikirləri Ermənistan hüquqşünası Mihran Poqosyan səsləndirib. Onun fikrincə, hazırda baş verənlər həmin bəyannamənin davamıdır: “Türklərin 9 Noyabr sevinci hələ davam edir. Bu günlərdə imzalanacaq sənədin 9 noyabrda hazırlandığını söyləsəm, qəbul edərsinizmi? Yaxşı qulaq asın! Bəyanatın tam mətni 9 noyabr gecə saat 2-3 radələrində rəsmən yayımlandı. Dərc olunmuş sənədin 2-ci bəndi belə müəyyən edilmişdi: "Ermənistan Respublikasının nəzarətində olan Ağdam bölgəsi, eləcə də Azərbaycan Respublikasının Qazax rayonunun əraziləri 20 noyabr tarixinədək Azərbaycan Respublikasına qaytarılır".

Bundan sonra həmin gecə vəziyyət kəskin dəyişdi, nəticədə xəyanətin və ərazilərinin təhvil verilməsinin qarşısı alındı. Sonra 10 noyabr günortadan sonra elanın mətni dəyişdirildi və aşağıdakı şəkildə redaktə edildi: Ağdam bölgəsi 20 noyabr 2020-ci il tarixinə qədər Azərbaycan Respublikasına qaytarılır.

Niyə yayımlanan sənədin 6-cı bəndində Kəlbəcər və Laçından bəhs olunması, 2-ci bənddə isə yalnız Ağdamdan söhbət açılması sizin üçün təəccüblü deyilmi? Çünki 2-ci bənddə Tavuş bölgəsindən ərazilərin təhvil verilməsi vardı.

Üstəlik, Tavuş bölgəsindəki kəndləri təhvil verə bilməyəcəyini görən Paşinyan Laçın dəhlizini Azərbaycana bağışladı, çünki gecə elanın mətninin 6-cı bəndinə görə 5 km. enində Laçın dəhlizi Ermənistan Silahlı Qüvvələrinin sərəncamında olmalı idi, günortadan sonra dərc olunan sənədə görə, dəhlizə nəzarət Rusiya sülhməramlıları tərəfindən həyata keçirilməl oldu.

Bütün bunlardan sonra məni inandırın ki, əvvəlcədən planlaşdırılan bir ssenariyə əməl etmədilər. Hazırda da Vətəni təhvil verməkdə davam edirlər”.

Poqosyanın iddiasına görə 9 Noyabr sənədi tam açıqlanmayıb və hazırda əslində həmin vaxt razılaşdırılmış sənədlər sadəcə, yeni müqavilə kimi təqdim ediləcək. Yəni Azərbaycan əməliyyatları dayandırmaq üçün Ermənistana qarşı hələ də açıqlanmayan şərtlər irəli sürüb, Ermənistan o şərtləri qəbul edib və indi rəsmi Bakı vədlərə əməl olunmasını tələb edir. Zəngəzurda sərhədlərin dəqiqləşdirilməsi də o şərtlərin sırasında olub.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »