Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şirkətin vəzifəli şəxsləri barədə cinayət işi başlanıb
Qandal - Həbs

“Delta Qrup C.O.” MMC-nin Satış departamentinin regionlar üzrə satış şöbəsinin Şirvan bölgəsinin satış təmsilçisi Mikayıl Dadaşovun və digər aidiyyəti şəxslərin qanunsuz hərəkətləri barədə cinayət işi başlanıb.

Bizimyol.info xəbər verir ki, Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, rayon prokurorluğuna daxil olan müraciətlə əlaqədar aparılmış araşdırma zamanı Mikayıl Dadaşovun 2020-ci il noyabrın 17-dən 2021-ci il aprelin 09-dək olan dövr ərzində 84 müştəri üzrə aparılmış mədaxil və məxaricə dair əməliyyatlarında 90 min 500 manat məbləğində çatışmazlıq aşkar edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilmələri təmin ediləcəkdir.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »