Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sovet dövrü sərhədlərinin tanınması Qarabağ Azərbaycanındır deməkdir” – Ermənistanda gərginlik
Xankəndi

Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası qalmaqalsız ötüşmür.

Hər gün Zəngəzur və Göyçə tərəfdən gərginlik yaranmasıyla bağlı xəbərlər gəlir. Azərbaycan sovet dövründəki sərhəd xətlərinin bərpasının tərəfdarıdır. Ermənistan bacardıqca müqavimət göstərir.

Bizimyol.info xəbər verir ki, düşmən ölkə hər cür vasitəyə əl atır. Beynəlxalq ictimaiyyətdə Azərbaycanın sərhədləri pozması təəəssüratı yaratmaqdan tutmuş guya təmas xəttinə yaxın kəndlərdə yaşayan sakinlərin əziyyət çəkməsiylə bağlı fikir formalaşdırmağa qədər. İrəvan əlindən gələni edir ki, sərhədlərin müəyyənləşməsi məntiqi sonluqla bitməsin.

Ermənistan mətbuatında son hadisələrlə bağlı xeyli yazı gözə dəyir. Yazılardan bir neçəsində sovet dövründəki sərhədlərin tanınmasının yolverilməzliyindən danışılır. Bildirilir ki, bu tanınma Ermənistana baha başa gələ bilər. Çünki bu halda Qarabağın Azərbaycanın olması faktı qəbul edilmiş sayılacaq.

Ermənistan mətbuatının yazılarında “Uti possidetis” prinsiplərindən xüsusi söz açılır. Bu prinsipin əsas tezisi odur ki, “nəyin varsa, o da sənindir”. İfadə latın dilindən məhz belə tərcümə olunur. Yəni ölkələrin müstəqillik əldə edəndə qonşularla hansı sərhədləri vardısa, həyata da belə davam olunmalıdır. Ermənistanda bu prinsipi anlayışla qarşılayanlar var. Başa düşürlər ki, SSRİ dövründə respublikaların bəlli sərhədləri olub. Sonradan ələ keçirilən Azərbaycan torpaqları Ermənistanın ola bilməz. Azərbaycan tərəfi də məhz bu prinsipi əlində əsas tutur. Nümunə kimi bir çox dövlətlər, o cümlədən Yuqoslaviya göstərilir. Ermənistan bununla razılaşmaq istəmir.

Düşmən ölkə mətbuatında iki nüans xüsusi diqqət çəkir. Birinci plan odur ki, demarkasiya və delimitasiya prosesi dondurulsun. Ermənistan sanki bununla vaxt qazanmağa çalışır. İkinci plan isə müvəqqəti razılaşma ilə bağlıdır. Belə bir cümlə nəzərə çarpır: “İndi Ermənistanın müdafiə imkanları zəifdir. Elan olunmalıdır ki, təhlükəsizlik və sülh naminə sovet sərhədlərinə qayıdırıq. Amma heç bir halda Azərbaycana bütün torpaqlara nəzarət imkanı verilməməlidir”. Göründüyü kimi, Ermənistan aciz durumda olduğunu, beynəlxalq hüquq qarşısında deməyə söz qalmadığını anlayır. Buna baxmayaraq, müxtəlif manevrlərlə problemin birdəfəlik həllinə mane olmaq fikrindədir.

Son günlər yaşananlar isə göstərdi ki, Azərbaycanın da dayanmaq fikri yoxdur. Artıq Ermənistanda “Rusiya illüziyası” dağılıb. Başa düşürlər ki, bu yolda Azərbaycanın qarşısını almaq mümkün olmayacaq.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »