Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Barselona"nın Messiyə yeni müqavilə təklif edəcəyi vaxt müəyyənləşdi
"Barselona"nın Messiyə yeni müqavilə təklif edəcəyi vaxt müəyyənləşdi

İspaniyanın "Barselona" klubunun ulduz futbolçu Lionel Messiyə yeni müqavilə təklif edəcəyi vaxt müəyyənləşib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi mayın sonunda audit yoxlaması başa çatandan sonra 34 yaşlı hücumçu ilə danışıqlara başlayacaq.

Daha sonra klubun argentinalı oyunçuya nə qədər pul ayıra biləcəyi bəlli olacaq.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə sözləşməsi iyunda başa çatacaq. Onunla Fransanın PSJ və İngiltərənin "Mançester Siti" klubları maraqlanır. Forvard bu gün La Liqanın XXXVIII - sonuncu turunda "Eybar"la oyunda iştirak etməyəcək. Messi cari mövsüm bütün turnirlər daxil olmaqla 47 matçda 38 qol vurub.

Son xəbərlər
Bütün xəbərlər »