Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində 7,4 bal gücündə daha bir zəlzələ olub
Zəlzələ

Çinin cənub-qərbindəki Çinhay vilayətində 7,4 bal gücündə zəlzələ olub.

Çin Seysmologiya Mərkəzi xəbər verir ki, yeraltı təkan Pekin vaxtı ilə gecə saat 2:04-də vilayətin Qoloq Tibet muxtar prefekturasının dəniz səviyyəsindən 4200 metr yüksəklikdə yerləşən Maduo rayonunda qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 17 kilometr dərinlikdə olub.

Yeraltı təkanlar 385 kilometr məsafədə yerləşən vilayətin paytaxtı Sinin şəhərində də hiss olunub. Hələlik insan tələfatı barədə məlumat olmasa da, körpülərin, yol ötürücülərinin dağılması barədə xəbərlər var. Vilayətin zəlzələ hiss olunan yaşayış məntəqələrinin sakinləri bütün gecəni bayırda keçiriblər.

Bildirilir ki, ötən 5 ildə Maduoda 3 baldan yuxarı 25 zəlzələ baş verib.

Qeyd edək ki, mayın 21-də Çinin Yünnan vilayətində 5,6, 6,4 və 5 bal gücündə ard-arda 3 zəlzələ olub. Nəticədə 3 nəfər ölüb, 27 nəfər xəsarət alıb, xeyli evə ziyan dəyib.(azərtac)

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »