Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden zarafatını başa düşməyən tələbələrdən incidi - Video
Co Bayden

ABŞ Prezidenti Co Baydenin tələbələrlə zarafat etmək cəhdi uğursuz olub.

“Qafqazinfo” xəbər verir ki, Konnektikut ştatında Sahil Mühafizəsi Akademiyasının tələbələri qarşısında çıxış edən Ağ Ev rəhbəri keçmiş prezident Ronald Reyqandan sitat gətirməyə çalışaraq sahil mühafizəsini “müharibə vaxtı hərbi dəniz donanmasının özəyi” adlandırıb. Ancaq auditoriya bu zarafatı qəbul etməyib və heç bir reaksiya göstərməyib.

Bunu görən Bayden iradını belə bildirib:

“Həqiqətən darıxdırıcı sinifsiniz. Haydı, uşaqlar. Sizi gün vurub? Fikirləşdim ki, alqışlayacaqsız”.

Qeyd edək ki, Bayden belə zarafatlarını birinci dəfə deyil ki, edir. Bundan əvvəl o, senatda karyerasına 180 il bundan əvvəl başladığını demiş, jurnalisti İsraillə bağlı sual verərsə, onu məhv etməklə hədələmişdi.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »