Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanlı hərbçilərlə dava düşüb, 11 erməni hərbçi yaralanıb”
Qaragöl, Zəngəzur, Azərbaycan

Qaragöl hadisələrinə görə Ermənistanla Azərbaycan arasında yeni razılaşma sənədinin imzalanması gözlənilir. Buna baxmayaraq, sərhəddə gərginliyin səngidiyini demək olmur. Ermənistan mətbuatı, əksinə, gərginliyin artdığını iddia edir.

Bizimyol.info xəbər verir ki, Azərbaycan hərbi qüvvələrinin Gorus rayonunun Xəzinəvar kəndi istiqamətində irəlilədiyi bildirilir. Bizimkilərin əvvəlki mövqedən 1.5 km irəli gəldiyi qeyd olunur. Azərbaycan hərbçilərinin kəndə lap yaxınlaşdığı iddiası səsləndirilib. Xəzinəvarda yaşayan ermənilərin bir çoxu buranı tərk etmək qərarına gəlib. Mətbuata danışanlar daha heyvan otarmaq üçün yerlərin qalmamasından şikayətlənib.

Hələ kəndi tərk etməyən Sevada Alaverdyan jurnalistlərə deyib ki, vəziyyətlə bağlı bir çox qurumlara müraciət ediblər, amma dəstək reaksiyası görmürlər. Vrej Abraamyan azərbaycanlılarla qarşılaşdığını söyləyib. Onun sözlərinə görə, hərbçilər yaxınlaşıb hansı xalqdan olduğunu dəqiqləşdiriblər. Abraamyana toxunan olmayıb. Kənd sakini həmin ərazidə təxminən 40 azərbaycanlını gördüyünü deyib.

Mayın 21-də axşama doğru Ermənistan mətbuatı daha böyük qalmaqaldan yazmağa başlayıb. İddiaya görə, Xəzinəvar yaxınlığında azərbaycanlı və erməni hərbçilər arasında dava düşüb. 10-dan çox, bəzi mənbələrdə 11 erməni hərbçinin yaralandığı yazılıb. Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinin açıqlamasında da 11 nəfərin yaralanmasından danışılır. Guya azərbaycanlılar 1.5 km irəliləyəndən sonra qarşı tərəfi təxribata çəkib. Baş Prokurorluğun açıqlamasında bu qarşıdurmadan sonra yenə qalmaqalın yaşandığı qeyd olunur.

Yaralılar Gorus rayon xəstəxanalarına çatdırılıb. Tibbi mərkəzlərdən mətbuata açıqlama vermək istəməyiblər.

Gorus rayonunda gərginlik mayın 12-dən müşahidə olunur. Məhz bu rayonun Laçınla sərhədində yerləşən Qaragöl ətrafında qarşıdurmalar yaranıb. Ermənistan bizim ölkəni sərhədi pozmaqda ittiham edir. Azərbaycan Xarici İşlər Nazirliyi isə qarşı tərəfin sərhədlərin demarkasiyasına hər yolla mane olduğunu bildirilir.

Xəzinəvar tarixən qədim türk tayfalarının yaşadığı yer olub. Ermənilər burada ilk dəfə Türkmənçay müqaviləsinin imzalanmasından sonra görünüb. 1918-ci il qırğınları zamanı Xəzinəvarda yaşayan azərbaycanlılar ya öldürülüb, ya da kənddən qovulub.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »