Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan qüvvələri geri çəkilməyib, əksinə, sayları artıb”
Qaragöl, Zəngəzur, Azərbaycan

Ermənistan cəmiyyəti hələ də Zəngəzurdan, Göyçədən gələn xəbərləri böyük həyəcanla qarşılayır. Yerli mətbuat Azərbaycan qüvvələrinin geri çəkilmədiyini, əksinə, saylarının artdığını yazır. Üstəlik, yeni razılaşma sənədinin müzakirəyə çıxarılması həyəcanı artırır. Ermənistanda böyük narahatlıq, hətta çalxalanma var.

Bizimyol.info xəbər verir ki, yeni sənədin imzalanma ehtimalı bu ölkədə gərginliyi artırıb. Mayın 20-də paytaxt İrəvanda sön dövrlərin ən böyük etiraz aksiyalarından biri baş tutub. Etirazçılar əvvəlcə hökumət binasının qarşısına toplaşıb, sonra parlamentə tərəf üz tutublar. Mərkəzdə Baqramyan prospektini tam bağlayıblar. Onlar yeni razılaşmanın tələblərinin açıqlanmasının tələb ediblər. Etirazçılar düşünür ki, hakimiyyət torpaq güzəştə getməyə hazırlaşır.

Müxalifət daha sərt danışır. Nikol Paşinyanın konadasının əleyhdarları hakimiyyəti konkret “satqın” adlandırır. Baş nazir ittihamları cavabsız qoymur. O da müxtəlif adamları Azərbaycanın cəsusu adlandırıb. Axırıncı dəfə Vatikandakı keçmiş səfir Mikael Minasyan üçün belə ifadə işlədilib. Paşinyan onu satqın hesab etdiyini dilə gətirib.

Minasyana belə kinin səbəbi nədir? Çünki keçmiş səfir hamıdan əvvəl yeni razılaşma sənəndinin nüsxəsini paylaşmışdı. Minasyan iddia edirdi ki, sənəd torpaqların güzəşt olunmasını özündə əks etdirir. Paşinyan buna sərt reaksiya verib. Baş nazir bildirir ki, sənəd Ermənistanın maraqlarına xidmət edir. Hökumət rəhbəri Azərbaycanın razılaşmaya əməl edəcəyi təəssüratı yaranandan sonra sənədə imza atılacağını deyib. Ümumiyyətlə, hakimiyyət hamını əmin etməyə çalışır ki, əsas məqsəd Azərbaycan hərbi qüvvələrini Zəngəzurda və Göyçədə geri çəkilməyə məcbur etməkdir. Məhz bundan sonra rəsmi İrəvan razılaşmanı imzalamağı düşünür.

Ermənistan mətbuatı isə Zəngəzurda və Göyçədə gərginliyin bitmədiyini yazır. Yazılanlara görə, Azərbaycan hərbi qüvvələri geri addım atmaq niyyəti göstərmir. Konkret rəqəmlər də qeyd olunur. Yazılıb ki, əvvəllər mübahisəli ərazilərdə 250 azərbaycanlı gözə dəyirdisə, indi say 600-ə çatıb.

Ermənistan Müdafiə Nazirliyi cəmiyyəti təlaş keçirməməyə çağırıb. Dövlət qurumu açıqlamasında azərbaycanlıların yolunun kəsildiyini bildirib.

Paylaş »
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
Son xəbərlər
Bütün xəbərlər »