Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın yeni reallığı beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı perspektivlər vəd edir
Azərbaycanın yeni reallığı beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı perspektivlər vəd edir

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri zamanı Prezident İlham Əliyev yeni geostrateji reallıqlar fonunda regionun gələcək inkişafı ilə əlaqədar çox mühüm fikirlər səsləndirdi, aktual məsələləri diqqətə çatdırdı. Ölkə başçısı respublikamızın mövqeyini bir daha qətiyyətlə ifadə etməklə yanaşı, Azərbaycanın perspektivə dair aydın strateji baxışlarının olduğunu nümayiş etdirdi. Düşünürəm ki, Azərbaycanın milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi bölgədə dayanıqlı sülhün, nizamlı sabitliyin, etibarlı təhlükəsizliyin, dinamik inkişafın və qarşılıqlı faydalı əməkdaşlığın təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir”.

Bu fikirləri “Bizim yol”a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Nurlan Qələndərli Nurlan Qələndərli

Politoloqun sözlərinə görə, Azərbaycanın münaqişəyə hərbi-siyasi yolla son qoyması və öz ərazi bütövlüyünü təmin etməsi qlobal strateji önəm daşıyır: “Azərbaycan Cənubi Qafqazda yeni situasiya yaratmaqla dövlətlərin ərazi bütövlüyü, suverenliyi məsələlərinə yeni, ədalətli və konstruktiv yanaşmanın ortaya qoyulması zərurətini qlobal ictimai rəyin nəzərinə çatdırdı. Eyni zamanda, Azərbaycan regional inkişaf və inteqrasiya üçün təhlükəsizlik mühitinin yaradılmasının vacib şərt olduğunu bir daha sübuta yetirdi.

Hesab edirəm ki, Azərbaycanın formalaşdırdığı yeni gerçəkliklər fonunda qarşılıqlı etimad mühitinin yaradılması, müxtəlif dövlətlərin iştirakı ilə ortaq platformada strateji işbirliyi və inteqrasiyanın təmin edilməsi təkcə Cənubi Qafqaz regionunun deyil, bütövlükdə beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı perspektivlər vəd edir”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »