Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gürcüstanın sərhədləri açmasıyla itirən Azərbaycan turizmi olacaq”
Başkeçid (Dmanisi), Gürcüstan

Gürcüstan turizmə görə yaxın günlərdə quru sərhədlərini açmağa hazırlaşır.

Gürcüstanın quru və dəniz sərhədləri 2020-ci ilin mart ayından bağlıdır. Bu ilin fevral ayından etibarən ölkəyə hava yolu ilə getmək mümkün olub. Quru sərhədlərinin təhlükəsiz açılışı turizm üçün əsas stimullardan biridir.

Bəs hər zaman ucuz və keyfiyyətli turizm paketləri ilə özünə saysız hesabsız qonaqlar çəkə bilən qonşumuzun “çal- çağırı” bizim yerli turizmə necə təsir göstərəcək? Turizm eksperti Reuslan Quliyev Bizimyol.info-ya bildirib ki, biz qiymətdə deyil, xidmətdə rəqabət aparmalıyıq. Gürcüstanın turizmə sərhədləri açmasıyla itirən Azərbaycan turizmi olacaq. Bu fikirləri Ruslan Quliyev səsləndirib.

O qeyd edib ki, Azərbaycanda pandemiya dövründə turizm sahəsi böhran keçirməklə yanaşı xidmət keyfiyyətini də xeyli aşağı salıb. Az çox işləyən turizm müəssisləri xidmətlərə cavab verməyən fantastik qiymətlər təqdim ediblər.

Ekspert qeyd edib ki, turizm mövsümündən faydalanmaq, Türkiyə- Gürcüstan-Azərbaycan təhlükəsiz turizm dəhlizi yaratmaq məqsədilə Gürcüstanda, Türkiyədə , Dubayda olduğu kimi koronavirus test nəticələrinin etibarlılıq müddətini uzatmaq faydalı ola bilər. O,Türkiyədən Gürcüstana, Rusiyadan Türkiyəyə gələn turistlərin Azərbaycana da daxil olması üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Ekspert mehmanxanalarda qonaqlamanın baha olmasının bir səbəbinin də dəfələrlə deyilməsinə baxmayaraq, hələ də davam etməkdə olan bir səbəblə - bəzi müəssisələrdə gələn yerli qonaqlardan nikah şəhadətnaməsinin tələb olunması ilə əlaqələndirib. Bu cür xidmət göstərən otellər qəbul etmədikləri qonaqların xərcini qəbul etdikləri qonaqlardan çıxırlar.Bahalaşmaya səbəb olurlar.

İlhamə

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »