Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük Akademiyası müsabiqənin qalibi olub
DGKA

Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi altında keçirilən Respublika baxış-müsabiqəsinin qalibi olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Akademiyası İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Bu münasibətlə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Səfər İbrahimov və digər rəsmi şəxslər, həmçinin Akademiya əməkdaşları iştirak ediblər.

Qulu Novruzov Akademiyanın qalib seçilməsinin qürurverici olduğunu bildirərək, bunu növbəti uğur kimi dəyərləndirib. O, bildirib ki, bu qalibiyyət həm də bir məsuliyyətdir. Qulu Novruzov Akademiyada daim, o cümlədən pandemiya dövründə əməkdaşlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib. 2018-ci ildən Dövlət Gömrük Komitəsi tərəfindən aparılan intensiv islahatlardan söz açan Akademiya rəisi son illər Akademiyada görülən işlərə nəzər salaraq, əldə olunan uğurların islahatların tərkib hissəsi kimi aparılan işin nəticəsi olduğunu vurğulayıb.

Qulu Novruzov pandemiya dövrü ilə əlaqədar Akademiyada onlayn tədrisin yüksək səviyyədə təşkilindən danışıb. O, ixtisaslar haqqında söz açaraq, həmçinin gömrük xidməti əməkdaşları üçün təlimlərin təşkilinə də toxunub. Akademiya tələbələrinin gələcəkdə əmək bazarında rəqabətə davam gətirəcək səriştəli, təcrübəli mütəxəssislər kimi yetişdirildiyini deyib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun apardığı İkinci Qarabağ əldə olunmuş qələbə və bu Vətən müharibəsində xüsusilə gənclərin rəşadətindən danışaraq Akademiya rəisi tələbələrin savad və biliklə yanaşi, həm də vətənpərvər ruhda tərbiyəsinin zəruriliyini qeyd edib, Akademiyada bu istiqamətə hər zaman xüsusi diqqət yetirildiyini deyib.

Qulu Novruzov Akademiyanın keyfiyyətin idarə edilməsi üzrə beynəlxalq İSO standartlarının tətbiq olunması üçün beynəlxalq keyfiyyət standartını əldə etdiyini bildirib. O, bu sahədə Türk Standartları İnstitutu ilə Akademiyanın əməkdaşlığına nəzər salaraq, görülən işləri diqqətə çatdırıb.

Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Səfər İbrahimov dövlətin siyasətində vətəndaşların rifahı ilə yanaşı, sağlamlığına diqqətin mühüm yer tutduğunu bildirərək, bu işdə təmsil etdiyi Birliyin fəal iştirak etdiyini deyib. O, Akademiyada əməyin mühafizəsi, təminatı, əmək şəraitinə, təhlükəsizlik qaydalarının tədrisinə, tətbiqinə və təlimatlandırmaya qayğının yüksək səviyyədə olduğunu bildirib. Səfər İbrahimov Akademiyanın respublika üzrə 1700 müəssisə içərisindən seçilərək, 37 qalib müəssisədən biri, həmçinin gömrük orqanları arasında ilk olduğunu deyib.

Səfər İbrahimov sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına görə Akademiya rəhbərliyinə təşəkkür edib. Birliyin sədri Akademiyanın kollektivinin liderliyi əldən verməmək üçün əmək şəraitinin yeni tələblərə uyğun olaraq mütəmadi yaxşılaşdırılmasına səy göstərəcəyinə inamını ifadə edib.

Tədbirin sonunda Fəxri diplom və xatirə hədiyyəsi təqdim olunub.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »