Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Orta Şərqin “İsrail”i olacaqmı: “Bu, Amerikaya yaşıl işıq yandırmağımız idi”
Bakı şəhəri

“Prezident çıxışı zamanı bir neçə məsələyə toxunuldu. Bunlar bəlkə də bizim bir az alışıq olmadığımız məsələlər idi. Bunlardan ən maraqlısı isə ABŞ-ı konfliktdə iştiraka dəvət idi”.

Bu fikirləri siyasi şərhçi Turab Rzayev Bizimyol.info-ya prezidentin çıxışını şərh edən zaman bildirib. Onun sözlərinə görə, bu açıq şəkildə edilmədi.

Turab Rzayev Turab Rzayev

“Prezident çıxışında Minsk qrupunun münaqişənin həllində geniş rol oynayacağını dedi. Bu da onu göstərir ki, artıq Azərbaycan Avropa ölkələri və Amerikanın bu məsələnin həllində yenidən iştirak etməsini istəyir və eyni vaxtda göstərir ki, Rusiya bizə istənilən dəstəyi vermədi. Yəni Rusiya verdiyi sözləri tutmayıb və münaqişənin həllində pozitiv rol oynamağı bacarmayıb. Biz gördük ki, bu məsələ tək Rusiya ilə həll olunmayacaq. Ona görə də, Prezidentin çıxışında ATƏT və ABŞ-a bir çağırış var idi ki, biz hərbi əməkdaşlıq edə bilərik. Bu həm bizim Amerikaya yaşıl işıq yandırmağımız idi ki, biz sizdən silah alacağıq, həm də bütün ətrafa çağırış idi ki, biz ordumuzu axırıncı silahlarla müasirləşdirəcəyik, Qarabağı azad etmişik deyə arxayın olub, rahat yatmayacağıq. Düzdür, biz Rusiyadan, İsraildən, Türkiyədən silahlar alırıq amma açıq danışmaq lazımdır ki, Amerikanın verə biləcəyi silahların yanında bu silahlar çox zəifdir. Ona görə də, bəli, silahlanmaq üçün bizə Amerika lazımdır. Digər bir məsələ isə ondan ibarətdir ki, Amerikanın bizə daha səmimi yanaşmasını və böyük ehtimal silah almaq üçün “907”-nin ləğvini istəyirik. Bunu cənab prezident daha əvvəllər də vurğulamışdı.

Siyasi şərhçinin sözlərinə görə, İranın son dövlər artan aqressiyası, anti-Azərbaycan münasibəti və digər məsələlər bizi sövq edir ki, ABŞ və İsraillə daha da yaxınlaşaq, çünki biz görürük ki, İran heç bir halda anti-Azərbaycan mövqeyindən əl çəkməyəcək.

“Münaqişə ilə bağlı məsələlərdə isə Prezident təmkinli olmağa qərar verdi. Hadisələri qabaqlamadı. “Niyə qabaqlamadı?” sualının cavabı isə odur ki, bizim Ermənistan tərəfinə güvənimiz yoxdur. Ermənistan tərəfi bizi dəfələrlə aldadıb, söz verib yerinə yetirməyib. Ona görə də, Prezident istədi ki, ilk addımı Ermənistan atsın. Əgər bir razılıq olacaqsa, qoy, birinci Ermənistan bunu bəyan etsin və biz də öz fikirlərimizi bildirək. Çünki biz bunu elan etsək, daha sonra Ermənistan geri çəkilərsə, verdiyimiz sözü tutmama halı ilə üzləşə bilərik. Necə ki, Zəngəzur dəhlizində Ermənistan dörd dəfə imza atıb, amma indi deyir ki, biz buradan dəhliz çəkməyəcəyik. Eyni problemi yaşamamaq üçün Prezident məsələni qabaqlamağa tələsmədi”.

Leyla Mirzə

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »