Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
I vitse-spiker: “Avropa Parlamentinin məlum qətnaməsi qəbuledilməzdir”
Əli Hüseynli

“Azərbaycanın miqrasiya sahəsində əməkdaşlıq etdiyi iki mühüm təşkilat var”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında I vitse-spiker deputat Əli Hüseynli deyib.

Deputat bildirib ki, onlardan biri Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzidir (MSİBM).

“Bu beynəlxalq miqrasiya mərkəzi Avropa İttifaqının bir çox layihəsini Azərbaycanda icra edib. Son olaraq Azərbaycanda 6 milyon avro dəyərində layihə icra edib və 3 layihə də icra edilməkdədir. Bu təşkilat Cənubi Qafqazın iki digər ölkəsində də fəaliyyət göstərir və nümayəndəlikləri var”, - deyə o bildirib.

Deputat qeyd edib ki, Avropa Parlamentinin məlum qətnaməsi qəbuledilməzdir: “Bu təşkilat Dağlıq Qarabağ problem ilə heç vaxt məşğul olmayıb. Bu konfliktə son qoyulub. Bu konfliktlə bağlı istinad olunacaq sənəd 10 noyabr bəyanatıdır”.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Koçaryan: “Azərbaycanı qıcıqlandırmaq yox, danışıqlar üçün qapıları açıq saxlamaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »