Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyavuş Novruzov: “Elə məhkəmə prosesi var, 5 ildir, davam edir”
Siyavuş Novruzov

“Avropa Məhkəmələrinə olan müraciətlər və oradan gələn qərarların çoxu ilə tanış olmuşam”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu qərarların 90%-i prosesin düzgün aparılmadığına görə qəbul edilib: “Məsələnin mahiyyəti ilə bağlı qərarlar deyil. Ona görə də bu məsələ ciddi nəzarətə alınmalıdır. Digər tərəfdən, məhkəmə qərarları icra edilmir. Biz məhkəmələrə elə səlahiyyət verməliyik ki, bunun icrasına nəzarət edə bilsin. Qərar icra edilməsə, məhkəmə bununla bağlı da məsələ qaldıra bilsin. Digər məsələ - ötür-ötürə son qoyulmalıdır. Elə proseslər var ki, 5 ildir, davam edir. Bir məhkəmənin qəbul etdiyi qərarı digər məhkəmə ləğv edirsə, əvvəlki qərarı verən hakimin maaşından tutulmalıdır. Burada əziyyət çəkən vətəndaş olur. Hakimlər öz işinə professional yanaşmalıdır”.(apa)

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »