Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bəzi dövlətlər Azərbaycanın zəfərini həzm edə bilmir”
Vahid Əhmədov - Deputat

“Azərbaycana qarşı bir sıra dövlətlərin qeyri-konstruktiv yanaşmasının şahidi oluruq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Azərbaycanın 44 günlük zəfərini bir sıra dövlətlər həzm edə bilmir: “Bunun heç bir əhəmiyyəti yoxdur. Dünən Prezident İlham Əliyev bu məsələlərə aydınlıq gətirdi. Zəngəzur dəhlizinin dekabr ayına qədər istifadəyə veriləcəyini, sərhədlərin delimistasiyasının baş tutacağını bildirdi. Eyni zamanda Prezident ABŞ-la münasibətlərimizə də toxundu. ABŞ-dan silah alınması məsələsindən bəhs etdi. Əminəm ki, Dövlət Departamenti bunu nəzərə alacaq. Ancaq son vaxtlar Fransa dövləti və birbaşa dövlətin başçısı açıq-aydın Ermənistana dəstək verir, öz ətrafına müəyyən dövlətləri də qoşmağa çalışır. İstəyirlər ki, bu prosesi əksinə çevirsinlər. Buna baxmayaraq 9 noyabr bəyanatının bütün maddələri yerinə yetirilir”.(apa)

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »