Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Cənub Qaz Dəhlizi Avropaya Azərbaycandan daha çox vacibdir”
Cənub Qaz Dəhlizi

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə söyləyib ki, Cənub Qaz Dəhlizi layihəsi qlobal əhəmiyyətli layihədir və Azərbaycan bu layihə ilə Avropa İttifaqı ölkələrinə böyük töhfə verib.

Azərbaycanın regionda bir çox mühüm enerji layihələri həyata keçirdiyini xatırladan dövlət başçısı deyib ki, dünyadakı bütün aparıcı maliyyə qurumları bu enerji layihələrinin icrasında Azərbaycanla yaxından əməkdaşlıq edib. Bu il Azərbaycan öz dövlət büdcəsindən bu enerji layihələrinə maliyyə ayırıb.

“Bu gün Avropa qaz idxalını şaxələndirməyə çalışsa da, buna nail ola bilmir. Bunun bir sıra səbəbləri var”.

Bu fikirləri iqtisadçı ekspert Elşad Məmmədov Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, bu gün Avropada qaz idxalından asılılıq kritik səviyyəyə çatıb.

Elşad Məmmədov Elşad Məmmədov

“Bu, Cənub Qaz Dəhlizinin vacibliyini bir qədər də artırmış olur. Ona görə də, bu qaz dəhlizinin genişləndirilməsi ilə bağlı məsələləri məhz Avropa bürokratiyası qaldırıb. Azərbaycanın təşəbbüsü olan Cənub Qaz Dəhlizi Avropaya Azərbaycandan daha çox vacibdir. Ona görə də, bu qaz dəhlizinin genişləndirilməsi məsələsi gündəlikdə olacaq və hələ uzun müddət biz hansısa fikirlərin şahidi olacağıq”.

İqtisadçının sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişlənməsi Rusiya qazı hesabına ola bilər.

“Çünki reallıqda Rusiya qazını əvəz edə biləcək qaz resursu mövcud deyil. Nə qədər qəribə səslənsə də, hesab edirəm ki, Cənub Qaz Dəhlizinin genişlənməsi zamanı Rusiyanın bu prosesdə iştirak etməsi mümkündür və əlavə həcmlər Rusiya qazı hesabına doldurula bilər. Bu yenə də Azərbaycanın həm iqtisadi, həm geosiyasi maraqlarındadır. Burada Rusiya ilə Azərbaycan arasında enerji sahəsində faktiki əməkdaşlıq formatının şahidi olmaqdayıq. Bu da Azərbaycanın həm Avropa, həm də Rusiya üçün önəmini bir qədər də artıra bilər. Mən əminəm ki, bu Azərbaycanın enerji siyasəti nöqteyi-nəzərindən çox ciddi alət kimi dəyəndirilə bilər.

Avropanın burada manevr imkanları o qədər də geniş deyil.  Çünki Avropanın qazdan asılılığı artan xətt üzrə hərəkət edir. Bu kritik asılılıqdır. Bütün bunlar onu deməyə əsas verir ki, Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə bağlı problem yaşanmayacaq. Digər tərəfdən isə Azərbaycanın Avropa qaz istelhakında, Avropanın enerji balansının təmin edilməsində rolu artan xətt üzrə inkişaf edəcək. Bu Azərbaycanın naliyyəti kimi dəyərləndirilməlidir”.

Leyla Mirzə

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »