Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Fransanın dərdi Azərbaycan yox, Britaniyadır”
Nikol Paşinyan və Emmanuel Makron

“Fransa Ermənistanı dəstəkləməklə əslində Azərbaycana, Türkiyəyə  qarşı yox, Böyük Britaniyaya qarşı çıxır. Bu onların arasındakı rəqabətin nəticəsidir. Tarixən belə olub. Britaniya hansı ölkə ilə dostluq edibsə, Fransa dərhal onun qonşuluğundakı ölkədə özünə yer edib”.

Bu fikirləri deputat, REAL partiyasının təmsilçisi Erkin Qədirli bizimyol.info-ya Fransa-Türkiyə, Fransa-Azərbaycan münasibətlərini şərh edərkən səsləndirib.

Erkin Qədirli Erkin Qədirli

Fransanın Azərbaycana, eləcə də Türkiyəyə qarşı münasibətlərinin gərginləşməsinin başında Fransa-Britaniya münasibətləri dayanır. Fransa ilə Britaniyanın arasındakı bu  gərginliyin  hətta adı da var. Ona "Faşota sindromu" deyilir.

XIX əsrdə Sudanın Faşota adlı bölgəsində Fransa ilə bu ölkədə öz müstəmləkəsini qurmuş Britaniya arsında qarşıdurma oldu. Sırf müstəmləkəçilik əsasında. Bu toqquşmalar zamanı fransızlar ingilislərin qarşısında tab gətirməyərək döyüşsüz qaçmışdılar və bu utanc artıq  200 ildən artıqdır etiraf olunmasa da, Fransada qalmaqdadır.

Fransa Britaniya münasibətlərinin o qədər dərinliyi var ki, dünyanın gözləmədiyi yerlərdə fəsadlar verə bilir. Fransa gördü ki, Britaniya şirkətləri Azərbaycanda fəaliyytini genişləndirdi, aktiv əməliyyatlar zamanı Britaniya bizi dəstəklədi. O da Ermənistanda güclənmək istədi”,- deyə deputat bildirib.

“Bəs Rusiya Fransanın Ermənistanda genişlənməsində niyə maraqlıdır? Belə baxanda Ermənistan sırf Rusiyaya məxsusdur, onun vassalıdır". Bu suala millət vəkilinin cavabı belə oldu:

“Rusiya özünü  Qafqazın sahibi sayır və burada özünü haqq sahibi kimi görür. Son 200 il ərzində Qafqaza rus ordusundan başqa bir ordu girə bildi və Rusiya bunun qarşısıda dayana bilmədi. Söhbət türk ordusundan gedir. Azərbaycan prezidenti elan etdi ki, biz öz ordumuzu NATO standartları əsasında Türkiyənin ordu modeli əsasında quracağıq. Bu əlbəttə Rusiyanı narahat etməyə bilməzdi. Ona görə Türkiyəni zəiflətmək üçün Rusiya Fransaya müvəqqəti olaraq razılıq verdi. Bu, indiki halda Rusiyanın maraqlarına  xidmət edir.

Fransa isə dediyim kimi, Qafqaza Ermənistan vasitəsilə girməyə can atır. Burada dini, etnik, diaspora fəaliyyəti elementləri var. Amma həlledici deyil. Məsələnin məğzində qoca qitənin iki ən qədim və böyük dövltinin nüfuz savaşı dayanır”.

İlhamə Rəsulova

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »