Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Azərbaycanla 3 sənəd imzalayacaq: Bunu Rusiya təkid edir
Xankəndi

“Hazırda Ermənistanda hakimiyyətə gəlməyə maraqlı olan qüvvələrin hamısı oliqarxlardır. Bu oliqarxların hamısı sərhədlərin açılmasında maraqlıdırlar. Onları nə Qarabağ, nə də xalq maraqlandırır. Yalnız biznes, alıb-satmaq maraqlandırır”.

Bu fikirləri bizimyol.info-ya araşdırmaçı jurnalist Elçin Alıoğlu səsləndirib. O, son günlər həm Azərbaycan, həm də Ermənistanda gündəmi zəbt etmiş dövlət sərhədlərinin delimitasiyası ilə bağlı sənədlərin imzalanması barədə xəbərlərə də fikir bildirib.O qeyd edib ki, əslində 3 məqamı nəzərdə tutan 3 sənədin imzalanması gözlənilir.

Elçin Alıoğlu Elçin Alıoğlu

“O ki, qaldı delimitasiya ilə bağlı sənədlərə, bunların hamısı mütləq imzalanacaq. Bunu Rusiya təkid edir. Nə qədər paradoksal olsa da, bu gün Paşinyana hər nə qədər nifrət edilsə də, o Ermənistanın tarixinə öz xalqını xilas edən adam kimi düşəcək. O, xalqını böyük bəlalardan qurtarır, bu etnos uydurma tarixlə yaşamaqla məşğuldur. Qeyd edim ki, delimitasiya və demarkasiya sənədindən başqa 2 sənəd də imzalanacaq. Bunun biri Ermənistanın nəqliyyat infrastrukturunun regional layihələrə uyğunlaşdırılması, digəri Ermənistanın aqressiv militar siyasətindən əl çəkməsini nəzərdə tutur. Bu nəyi ehtiva edir? Yəni hazırda Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan kompakt yaşayış ərazisində maksimal halda yerli bələdiyyələrin milisləri formatında fəaliyyət mümkün olacaq. Milislər yerli vətəndaşlardan təşkil oluna bilər. Çünki Azərbaycanda bütün milli azlıqların nümayəndələrinə çalışmaq imkanları verilir. Lakin ordu, orta və iriçaplı silahlar, zirehli texnika və s. artilleriya vasitələrinin istifadəsindən söhbət gedə bilməz. Bir müddət sonra Qarabağda hansısa zirehli texnika yerindən tərpənsə, o artıq tərəfimizdən hədəf sayılacaq”,- deyə qeyd edib.

Arutunyanın niyə hələ də Qarabağda özünü hakimi-mütləq kimi aparması, həmin ərazilərə müxtəlif TIR-ların gəlməsi barədə sualı cavablandıran araşdırmaçı bildirib ki, bu, müvəqqətidir: “Bu onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirməmək üçündür. Dünən onlar Qarabağda öz traktorlarına atəş açıblar və bunu bizim etdiyimizi söyləməyə çalışırlar. Halbuki ən primitiv ballistik ekspertiza bunun əksini sübut edə bilər. Bu kimi təxribatlara davamlı yol verilir”.

Sərhəd məsələsinin həllində Rusyanın aktivliyinin nə ilə əlaqədar olması barədə danışan Elçin Alıoğlu qeyd edib ki, bunun səbəbi çoxdur: “Birincisi, Ermənistanın sərhədlərini Rusiya qoruyur. Bu həm KTMT çərçivəsində əməkdaşlıq , həm iki ölkə arasında imzalanmış ümumi 12 sənəddə öz əksini tapıb. İndi konfliktlərin baş vediyi ərazilər də Rusiya sərhədçilərinin nəzarət dairəsindədir. Rusiyanın orada olması gözləniləndir. Ermənistanın sərhəd xidməti yoxdur, Milli Təhlkəsizlik Xidmətinin tərkibində iki sərhəd alayı var və bunu da Rusiya bilərəkdən edib”.

Sonda cənub qonşumuz İranla münasibələrimizdən danışan Elçin Aloğlu Zəngəzur dəhlizinin açılmasının İran tərəfindən qorxulu röya kimi qarşılandığına da diqqət çəkib: “İranın siyasəti çox rəngarəngdir. 5000 illik diplomatiya tarixi var. Hazırda orada bizə fərqli baxış bucaqları mövcuddur. Səslənən hər fikir dövlətin mövqeyi deyil və bir-birlərindən köklü şəkildə fərqlənir . İran 44 günlük əməliyyatlar zamanı uduzmuş tərəfdir. O hər zaman sözdə bizi dəstəklədiyini söylədi, amma Ermənistanla sıx əlaqələr qurdu. İran Ermənistandan istifadə edərək Gürcüstana və bizə təsir göstərməyə çalışıb. Bununla belə, biz İranda yaşayan 37 milyon azərbaycanlını, qonşuluq siyasətini nəzərə alaraq çox zaman onun xətalarına göz yummuşuq. Zəngəzur dəhlizi işə düşərsə, bu halda İran geostrateji və geoiqtisadi maraqlarına zərbə dəyəcəyinin fərqindədir. Bunu anlayır. Bu zaman onun Ermənistanla kommunikativ əlaqələri kəsiləcək. Buna yol verməmək üçün psevdovasitəçilik missiyasını üzərinə götürməyə çalışır”.

İlhamə Rəsulova

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »