Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan məktəblərində “Bayraktar” dərsi keçiləcək
Rəcəb Tayyib Ərdoğan

Qarabağda Azərbaycanın qələbəsində qardaş Türkiyənin istehsalı olan pilotsuz uçuş aparatlarının böyük rol oynaması haqda çox danışılıb. Qərb mətbuatı bu məsələyə ciddi əhəmiyyət verir. “Bayraktar”ın qüdrəti həmişə fərqləndirilib. Ermənistan məğlubiyyətdən nəticə çıxarmaq istəyini ortaya qoyur. Hətta öz aparatlarının istehsalından da ara-sıra danışır, hərçənd bu açıqlamalar hamı tərəfindən istehza ilə qarşılanır.

Bizimyol.info xəbər verir ki, bu ölkədə şagirdələrə dron dərsləri keçiriləcək. Yuxarı siniflərin şagirdlərinə aerodinamika biliyi veriləcək. Onlar optik mexanizmin, mühərriyin işi haqda məlumat alacaq, qanadların, pərlərin necə işləməsini biləcəklər. Ermənistanda inanırlar ki, yuxarı sinif şagirdləri bu biliklərlə bir neçə il sonra pilotsuz uçuş aparatları hazırlamağı bacaracaqlar.

Yüksək Texnologilayarın Tətbiqi İttifaqının icraçı direktoru Raffi Kasarcyan mətbuata açıqlamasında deyib ki, dərslərə iyunda start veriləcək. İlk laboratoriya Dilicandakı hərbi məktəbdə açılacaq. Burada həm kursantların, həm də yuxarı sinif şagirdlərinin bilik almaq imkanı var. İttifaq yay aylarında daha 7-8 laboratoriya açacaq. Hələlik 12 müəllim işə başlamağa hazırdır. Elə şərait yaradılacaq ki, uşaqlar kəndlərdən böyük şəhərlərə gələrək dron dərsi ala bilsinlər.

Ermənistan mətbuatı iddia edir ki, pilotsuz uçuş aparatlarına marağın artmasının guya Qarabağla əlaqəsi yoxdur. Guya bu istiqamətdə 2011-ci ildən fəaliyyət nəzərə çarpır. İndi “ArMath Airborne” layihəsindən söz açılır. Layihə çərçivəsində Gürcüstanın Cavaxetiya bölgəsində, Qarabağda, Ermənistanın başqa yerlərində laboratoriyaların açıldığı iddia olunur. Şagirdlərə pilotsuz uçuş aparatları ilə bağlı müxtəlif proqram bilgilərinin verildiyi deyilir.

Kasarcyan deyib ki, hər şey bəsit deyil, dron hazırlanması üçün daha dərin biliklərə ehtiyac var: “Aerodinamikanı, idarəetmə sistemini mənimsəmək vacibdir. Yuxarı sinif şagirdləri bu bilikləri daha rahat öyrənə bilər”.

Ermənistan məktəblərdə pilotsuz uçuş aparatları dərsləri üçün bir çox fondlara müraciət edib. İlk laboratoriyalar da ianələr sayəsində açılır. Ermənistanda bu dərslərin keçirilməsində israrlıdırlar. Əka halda güclü ordudan söhbət gedə bilməz. Qarabağda aldığı məğlubiyyət də Ermənistana bunu göstərmişdi.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »