Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uğur Şahin: “Türkiyəni 120 milyon doza peyvəndlə təmin etmək üçün "BioNTech"” firması olaraq müqavilə bağladıq”
Vaksin - peyvənd

“Türkiyəni 120 milyon doza peyvəndlə təmin etmək üçün "BioNTech" firması olaraq müqavilə bağladıq”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Elm Qurumunun son iclasına telekonfrans yolu ilə qatılan, almaniyalı türk həkim, "BioNTech" firmasının icraçı direktoru, professor Uğur Şahin bildirib.

U.Şahin deyib ki, iyun ayında 30 milyon, sentyabr ayının sonunda 120 milyon doza vaksin artıq Türkiyədə olacaq.

Alim deyib ki, yeni növ koronavirus (COVID-19) əleyhinə hazırlanan bu peyvəndlər COVID-19-un mutasiyaya uğrayan İngiltərənin “Kent”, Afrika və Hindistan versiyasına qarşı da müəyyən qədər qoruyuculuğa malikdir.

U.Şahin iyun ayının ilk ongünlüyündə Türkiyəyə həm peyvənd kampaniyasına dəstək məqsədilə, həm peyvənd istehsalı, həm də klinika açmaq üçün səfər etmək planının olduğunu da vurğulayıb.

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
Son xəbərlər
Bütün xəbərlər »