Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: “İstəyirlər ki, yenidən müharibə başlasın”
Nikol Paşinyan

Müharibədə uğursuzluq Ermənistan müxalifətinə hakimiyyəti daha sərt tənqid etməyə əsas verdi. Baş nazir Nikol Paşinyanı birbaşa “satqın” adlandırmağa başladılar. Müxalifət döyüşləri dayandırmaq qərarını dəstəkləmədiyini gizlətmirdi. Paşinyan isə ona əks qüvvələri müharibə arzusuna görə tənqid edir.

Bizimyol.info xəbər verir ki, baş nazir yenə bənzər fikirlər səsləndirib. O, müxalifəti sülhün əleyhdarı adlandırıb. Paşinyanın fikrincə, onun əleyhdarları sərhəddə gərginliyin tərəfdarıdır.

“Özünü müxalifət adlandıran qüvvələr gözlədikləri müharibə başlamadığına görə ora-bura vurnuxur. Halbuki hakimiyyətin davranışında heç bir halda xəyanət ola bilməz”.

Paşinyan hökumətin iclasında yeni razılaşma imzalamağa hazırlaşdıqlarını bildirib. Hökumət rəhbəri razılaşmanın Ermənistanın maraqlarına tam uyğun olduğunu söyləyib. Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan belə düşünmür. O, Paşinyanın yeni demarkasiya prinsiplərini qəbul etdiyi iddiasını irəli sürüb. Minasyan bildirir ki, burada Azərbaycanın xeyrinə müddəalar var. Keçmiş səfir Paşinyanın torpaq güzəştinə gedəcəyini söyləyir.

Sosial şəbəkələrin Ermənistan seqmentində məsələ narahatlıqla müzakirə olunur. Yazılanlara görə, yeni razılaşma Qazaxın 7 rayonunun Azərbaycana qaytarılmasını özündə əks etdirir. Minasyan da buna eyham vurur. Paşinyan isə hamını əmin etməyə çalışır ki, razılaşma Ermənistana heç bir zərər vurmur.

Müxalifət yeni razılaşmaya isti yanaşmır. “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyaları parlamentin növbədənkənar iclasının keçirilməsini tələb edir. Mayın 20-də müxalifət tərəfdarları İrəvanda yeni razılaşmaya etirazını bildirib. Hərçənd, müddəalarla bağlı dəqiq fikir yoxdur. Minasyan razılaşmanın bir hissəsini paylaşmışdı. Burada xüsusi fərqləndiriləcək məsələ gözə dəymirdi. Buna baxmayaraq, keçmiş səfir razılaşmanın Ermənistanın maraqlarına xidmət etmədiyini xüsusi vurğulayır.

2020-ci il sentyabrın 27-də başlayan müharibə 44 gün sürmüşdü. Ötən əsrin 90-cı illərində Azərbaycanın zəbt edilmiş 200-dən çox yaşayış məntəqəsinin işğaldan azad olunmasından sonra Ermənistan sülh razılaşmasına getmək məcburiyyətində qalmışdı. Razılaşmaya görə, bölgədə sülh prosesinə rus sülhməramlıları nəzarət etməyə başlamışdı.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› XİN: AİHM-in Ermənistanın 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayırıq
Son xəbərlər
Bütün xəbərlər »