Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev: “Erməni işğalçıları azərbaycanlıların geri qayıtmağa yeri qalmasın deyə hər şeyi məhv etməyə çalışıblar”
İlham Əliyev

“Son yarım il ərzində dəfələrlə azad edilmiş ərazilərdə olmuşam və maşınla yüzlərlə kilometr, 400-450 km gedərkən yalnız dağıdılmış kənd və şəhərləri görürsən”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.

“Oradakı kənd və şəhərlərin 95 faizi tamamilə məhv edilib. Özü də onların heç də hamısı Birinci Qarabağ müharibəsində məhv edilməyib - bu qədərini məhv etmək, sadəcə, mümkün deyil, bu, daha sonra edilib”, - dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, ermənilər bu ərazilərdəki evlərdən və məktəblərdən tikinti materiallarını oğurlayıblar, onları söküblər, Azərbaycan mədəniyyətini və irsini bu ərazilərdən silməyə çalışıblar: “Erməni işğalçılarının başqa bir məqsədi də azərbaycanlıların geri qayıtmaq üçün yeri olmasın deyə hər şeyi məhv etmək idi və indi həqiqətən geri qayıtmaq üçün yer yoxdur”.

Dövlət başçısı xatırladıb ki, oktyabrda Füzuli azad edilərkən Azərbaycan bayrağını qaldırmağa yer olmayıb, çünki şəhərdə bir dənə də olsun salamat bina qalmayıb.

Eyni zamanda Azərbaycan Prezidenti azad edilmiş ərazilərdə infrastrukturun bərpası, o cümlədən onların elektrikləşdirilməsi, yol tikintisi üzrə aktiv prosesin artıq başladığını qeyd edib.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Tibb bacılarına 500 dəfə “mən axmağam” yazdıran baş həkimlə bağlı yeni təfərrüatlar
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› Nazir müavini əlilliyin hansı hallarda ömürlük müəyyən olunacağını açıqlayıb
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
Son xəbərlər
Bütün xəbərlər »