Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN bölgələrdə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib
Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti 26 aprel 2021-ci il tarixindən 19 may 2021-ci il tarixinədək dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə respublikanın regionlarında pandemiya şəraitində müvafiq qaydalara əməl olunmaqla seminar-müşavirələr keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yerli icra hakimiyyətləri, bələdiyyə, meşə mühafizəsi və bərpası müəssisələri, “Aqroservis” ASC və fermer təsərrüfatları nümayəndələrinin iştirak etdiyi "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda keçirilən regional seminar-müşavirədə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə və məhsul yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin, meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar müvafiq təşkilatlar qarşısında məsələlər qaldırılıb.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »