Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev: "Ermənistanın ordusu qalmayıb, tamamilə məhv edilib"
İlham Əliyev

"Ermənistandakı bugünkü vəziyyətə baxsaq, bunun Ermənistanın müstəqil dövlətə çevrildiyi dövrdən daha pis olduğunu görə bilərik. Ermənistanın ordusu qalmayıb, o, tamamilə məhv edilib”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri" adlı videoformatda keçirilən müzakirələr zamanı çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Ermənistanda davamlı siyasi böhran hökm sürür, cəmiyyətdəki yüksək inamsızlıq səviyyəsi, qarşılıqlı ittihamlar, bəzi erməni siyasətçilərinin ritorikası qəbul edilən bütün çərçivələri aşır.

"Onlar vaxt itirdilər, enerji layihələri və nəqliyyatın inkişafı çərçivəsində Azərbaycanın təşəbbüsləri xaricində qaldılar, işğal etdikləri və heç tarixən də və ya beynəlxalq hüquqa görə onlara aid olmayan əraziləri itirdilər”, - Azərbaycan Prezidenti deyib.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »