Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Qaragöl məsələsində vasitəçilik təklif edir: Azərbaycan ərazi bütövlüyündə israrlıdır
Qaragöl, Zəngəzur, Azərbaycan

Bu gün Rusiya prezidenti Putin ölkəmizin başçısı İlham Əliyevə zəng edərək bildirib ki, siyasi-diplomatik metodlarla nizamlanma aparılmalıdır və Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə razılıq əldə olunmasına yönəlmiş konsultativ köməklik göstərməyi davam etdirəcək. Mövzu Qaragöl və digər yerlərdə baş verən proseslər, üstəgəl, dəhlizin taleyi ilə də bağlı olub.

Bu gün Ermənistan mediasında yayılmış bir xəbər Azərbaycanda da böyük maraqla qarşılandı. Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri razılıq sənədi yayımlayıb. Bildirib ki, sənəd artıq imzalanıb, Ermənistan mediasına görə, hər iki tərəf yeni razılığa gəlib. Razılığa görə, Ermənistan əslində bizə məxsus olan əraziləri Azərbaycana güzəştə gedəcək. Paşinyan İrəvanın Bakı ilə yeni bir sənəd imzalayacağını açıqlayıb.

Ekspertlər qeyd edirlər ki, SSRİ xəritələri əsasında demarkasiya mövzusu geniş müzakirə olunacaq. Axşam saat 6-da bu məsələlərə tam aydınlıq verilməsi gözlənilir. Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu hesab edir ki, postmünaqişə mərhələsində ən vacib məsələ dövlətlərarası sərhədlərin müəyyənləşdirlməsidir.

“Buna görə Azərbaycan Ermənistanla aramızdakı ərazilərin delimitasiya və demarkasiya fəaliyyətini həyata keçirir. Bu proses başa çatdıqdan sonraErmənistanın hüquqi olaraq heç bir ərazi iddiası qaldırmaq əsası qalmayacaq. Praqmatik mövqe sərgiləyirik. Həm Ermənistan, həm Azərbaycan BMT-yə qəbul olunarkən SSRİ vaxtındakı sərhədlərimiz çərçivəsində qəbul olunub. Həmişə işğal həyata keçirməyə alışmış Ermənistan üçün bunun narahatlıq doğurması başadüşüləndir. Biz sadəcə, öz haqqımız olanı geri alırıq. Razılaşma var və bu? həyata keçirilməlidir. Razılaşmanın yerinə yetrilməsində 3-cü dövlətin iştirakı anlaşılandır və dünya təcrübəsində bu var. Ermənistanın xislətinə bələdik ki, gərginik yaratmaları gözləniləndir , kənar dairələr mövcud reallaıqldan istifadə edib öz maraqları xatirinə Ermənistanı yenidən təxribatlara sürüyə bilərlər. Odur ki, 3-cü bir dövlətin bu prosesdə iştirakı pis olmaz. Paşinyan kənardan aydın şəkildə idarə olunur. O KTMT, AİB ilə gərginlik yarada bilər. Hakimiyyədə qalmaq üçün istənilən addıma gedə bilər. Rusiya buna yol vermək istəməz. Mən hesab edirəm ki, bu məsələdə Rusiya bizim mövqeyimizi dəstəkləyəcək. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi haqda məlumatlıdır və qarşısını almağa çalışacaq”.

İlhamə Rəsulova

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Koçaryan: “Azərbaycanı qıcıqlandırmaq yox, danışıqlar üçün qapıları açıq saxlamaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »