Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük postunda 244 kiloqramdan artıq heroin aşkarlanıb - Video
Səfər Mehdiyev

"Azərbaycanın gömrük orqanlarının əməkdaşları daha bir uğurlu əməliyyat həyata keçiriblər".

Bizimyol.info xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib.

“Əməliyyatçılarımızın yüksək peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində - Astara gömrük postunda 244 kiloqramdan artıq narkotik vasitə - heroin aşkar edilib”, - deyə S.Mehdiyev qeyd edib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər daha bir uğurlu əməliyyat həyata keçirib. Nəticədə 244 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Bizimyol.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olan məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda keçirilən əməliyyat  tədbiri nəticəsində Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukraynaya “təzə qarpız” yükü aparan iki ədəd “DAF” markalı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük orqanına bəyan edilməli hər hansı predmetlərin, o cümlədən narkotik vasitələrin  və psixotrop maddələrin olmadığını bildirsələr də, kinoloji xidmət iti xüsusi işarələrlə avtomobillərin qoşqularına reaksiya verdiyindən yük nəqliyyat vasitələri  Astara gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilib, şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitələri əsaslı yoxlanılıb və yük boşaldılıb.

Təkrar yoxlama zamanı yük nəqliyyat vasitələrinin qoşqusunun ön divarının arasındakı boşluqlarda - kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən 303 ədəd düzbucaqlı formalı bağlamalarda qablaşdırılma ilə birgə çəkisi 244 kq 605 qram olan narkotik vasitə  - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »