Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan tərəfindən hərbi təxribat ola bilər”
Qaragöl, Zəngəzur, Azərbaycan

“Ermənistan dövlət sərhədinin delimitasiyasından yayınır və Nikol Paşinyan seçki öncəsi sərhəddə təxribatlara hazırlaşır”.

Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun szölərinə görə, prezident Armen Sarkisyan orduya əmr verib, Nikol Paşinyan heç bir dəhlizin olmayacağını vurğulayıb və Ermənistanın bu provakasiyalari və təxribatları sərhəddə hərbi toqquşmaya səbəb ola bilər.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Ermənistanda daxili və xarici proses mürəkkəb olaraq qalır. Nikol Paşinyanın seçki keçirdib hakimiyyətə gəlməsi də polimikadır. Çünki artıq onun reytinqi müəyyən qədər Ermənistanda aşağı düşüb. Buna görə də Paşinyan bu məsələdən narahatdır.

Serj Sarkisyanın kürəkəni Minasyan yeni bir sənəd ortaya çıxardı və Paşinyanı satqınlıqda ittiham edir. Bu gedişat onu göstərir ki, seçki prosesi Paşinyanın əleyhinə işləyə bilər. Ona görə də, Paşinyan çalışır ki, sərhəddə vəziyyəti daha da gərginləşdirsin. O, öz həbçilərini qabağa verərək müəyyən təxribata gedə bilər. Bununla göstərmək istəyir ki, o, heç də sərhəd məsələsində geriyə addım atmır və prosesdə “qətiyyətlidir”.

Güman edirəm ki, bu təxribatlar böyük müharibəyə gətirib çıxarmayacaq amma lokal insidentlərin baş verməsi Paşinyanın maraqlarına xidmət edə bilər. Paşinyan çalışır ki, hərbi toqquşma baş versin və seçkini ləğv etsin.

Buna görə də, düşünürəm ki, hərbi təxribatlar mümkündür. Azərbaycan hərbçilərinə anti-terror tapşığının verilməsi, ABŞ-dan Azərbaycana səfərlərin edilməməsi barədə çağırışlar göstərir ki, məsələ öz ciddiyyətini qoruyur. Belə bir qənaətə gəlmək olar ki, Azərbaycanla Ermənistan arasında sərhəddə vəziyyət kritikdir. Ermənistan tərəfindən hərbi təxribat yer ala bilər”.

Leyla Mirzə

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »