Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
QMİ: “Məscidlərdə camaat namazının bərpa olunacağına ümidliyik”
Fuad Nurullayev

“Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı namazında bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi müəyyən şərtlər müqabilində - məsələn, sosial məsafə saxlamaqla, az sayda adamla - namazların qılınmasının bərpa edilməsi ilə bağlı təkliflər verib”.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, ictimaiyyətin yüzlərlə, minlərlə müraciəti əsasında Qafqaz Müsəlmanları İdarəsinin müəyyən təşkilatlara müraciətləri var: “Sadəcə bu məsələnin həllini TƏBİB edir, bununla bağlı qərar verir. Bu, icra hakimiyyətlərindən, dini qurumlardan asılı olmayan məsələdir. Kütləvi yığışmaq qadağası olduğu üçün məsciddə namaz qılmaq da qadağan edilib. Amma artıq açıqlamalar verilir ki, müəyyən yumşalmalar ola bilər, hətta açıq havada maska taxmaq qadağasının ləğvi, az sayda adamın iştirakı ilə toyların, yas mərasimlərinin keçirilməsi müzakirə olunur. Düşünürük ki, bu məsələlər müzakirə olunarsa, məscidlərdə namaz qılmaq məsələsi də müzakirə oluna bilər. Ümid edirik ki, bu məsələnin də həlli yolu tapılacaq, müəyyən şərtlərlə bu məsələ həll olunacaq”.

İdarənin sədr müavini deyib ki, məscidlərdə namaz qılınması müəyyən şərtlərlə icra olunsa, yas, toy mərasimləri də az sayda insanların iştirakı ilə həllini tapacaq: “Bütün bunlar bir-birinə bağlı məsələlərdir, paralel şəkildə həllini tapacaq. Əgər TƏBİB pandemiyanın kütləvi yayılma təhlükəsini görməsə, yəqin ki, bu məsələlər həll olunacaq. Bir çox ölkələrdə də yumşalmalar həyata keçirilir, hətta quru sərhədlərin açılması, turizmin müəyyən formada bərpası gözlənilir. Biz də ümidvarıq ki, məscidlərdə camaat namazının bərpası, toy və yasların keçirilməsi məsələləri də öz həllini tapacaq”.(apa)

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »