Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın ərini öldürüb, meyitini yandırıb
meyit

Neftçala rayonunda itkin düşən kişinin yandırılmış meyiti tapılıb.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Aşağı Surra kənd sakini, 1956-cı il təvəllüdlü Əsgərov Qalib Cabir oğlu 2021-ci il mayın 11-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onunla qeyri-rəsmi nikah münasibətlərində olan, əslən Lerik rayon sakini, 1960-cı il təvəllüdlü Məhərrəmova Şahzadə Nəzir qızı polis şöbəsinə məlumat verib.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Q. Əsgərovun həyətdə yandırılmış meyiti aşkar edilib. Onun həyat yoldaşı Ş. Məhərrəmova şübhəli şəxs qismində saxlanılıb.

İlkin istintaq zamanı Ş.Məhərrəmova ərini qətlə yetirdikdən sonra öz həyətlərində yandıraraq basdırdığını etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »