Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan dağlarda toya hazırlaşır
Şuşa

Yaxın Şərqdə vəziyyət gərginləşəndən sonra Türkiyənin Fələstini nüdafiə edib, İsrailə qarşı kəskin fikirlər səsləndirməsi fonunda qardaşı ilə yaxın dostu arasında qalmış Azərbaycanın üzərinə yenə də vasitəçilik missiyası düşür.

Əsl sürhməramlı missiyası, dünya səhnəsində sözünü deyən iki qüdrətli dostu barışdırmaq missiyası. Əslində hər kəsə məlumdur ki, hibrid savaşlarda hadisələrin görünən üzü ilə hədəfləri, məqsədləri arasında böyük fərq olur. İndi savaş meydanında Fələstini görsək də, böyük hədəf Türkiyənin əl-qolunu bağlamaqdır.

Fransa Aralıq dənizindən Yunanıstanın təzyiqi ilə, Dağlıq Qarabağda Ermənistan və Rusiyanın təzyiqi ilə, Gürcüstanda Borçalı və Başkeçidli soydaşlarımıza təzyiq etməklə Türkiyəni əhatə etməyi, Türkiyə- Azərbaycan münasibətlərini pozmağa çalışır.

Ərdoğan dünyaya öz bəyanatını açıq verib: “Bizim üçün Türkiyə 780 min kvadrat kilometr ərazidən ibarət deyil. Fələstində, Kiprdə, Aralıq dənizinin şərqində və İraqda da varıq”.

Aralıq dənizində neft ehtiyatları aşkarlandıqdan snra bu xəmirin çox su aparacağı bəlli idi. Böyük oyunların kiçik məkanı Qarabağda hələ savaşın bitmədiyini deyən Paşinyan Facebook səhifəsində Təhlükəsizlik Şurasının son iclasından görüntülər paylaşıb. Sasun Navasardyan adlı izləyicinin yazdığı “İclasdakı hər kəs sərhəd pozucusu kimi əsir götürülməli və (Azərbaycandakı) əsirlərlə dəyişdirilməlidir" rəyi Paşinyanın özündən çox səs toplayıb. Dünən Qarabağda sərhədçilərimizin Ermənistan əsgərlərini sadəcə, sözlə qovması videosunu yəqin hər kəs görüb. Dağlarda nərə çəkən igidlərimizin səsindən qaçır düşmən, topdan-tüfəngdən yox.

Lakin burada maraqlı bir nüansa da diqqət çəkmək istəyirəm. Qaçanlarla qovanlar arasında dialoq rus dilindədr. Yəni bir-birimizlə rusun ağzıyla danışdığımız müddətdə çətin dil tapaq. Bu yandan da biz bütün maneələrə baxmayaraq, azad edilmiş torpaqlarımıza yerlşmək, abadalaşdırmaq yolunda ciddi addımlar atırıq.

"Qarabağa dönüş” İctimai Birliyinin rəhbəri, deputat Tural Gəncəliyev deyib ki, Şuşada ilk toyu kimlər etmək istəyirsə, İB- müraciət etsinlər.

O qeyd edib ki, pandemiya bitəndə, toyların keçirilməsinə icazə veriləndə Şuşada ilk toyu reallaşdırmaq olar:

"Hətta bir cütlüyün deyil, evliliyə hazırlaşan bir neçə cütlüyün eyni vaxtda toy mərasimini Şuşada təşkil etmək olar. Şuşada heç qapalı məkana ehtiyac yoxdur. Açıq havada, Cıdır düzündə gənclərin evlilik mərasimini təşkil edərik. Belə bir mərasim qonşuluqda yaşayan düşmənlər üçün də bir göz dağı olar”.

Gözəl fikirdir. Dağlarda toy olacaq, qədim niskilimizi, o məlum “dağlardakı toy” fəlakətimizi tarixə köhnə adla yeni məzmunda yazacağıq.

İlhamə Rəsulova

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »