Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Az müddət sonra gözəl xəbərlər eşidəcəyik”
Vaksin - peyvənd

Azərbaycanda koronavirusla mübarizədə Çinin Sinovak vaksinindən istifadə edilir.

İki gün öncə isə Azərbaycana Rusiya istehsalı olan Sputnik V vaksinlərinin gətirildiyi bildirildi. Vaksin seçməkdə sərbəstik. Hələlik dünyada birinci dozada hansı vaksindən istifadə edilibsə, ikincidə də məhz o vaksinin tətbiqi metodu yayılıb. Koronavirus vaksinləri arasında seçim edərkən insanlarda müəyyən fikir ayrılıqları yaranır. “Hansı daha yaxşıdır?” sualı verilir. Ölkəmizə gətirilmiş vaksinlərin xəstəliyə təsirində hansısa fərqlər varmı?

Bizimyol.info-nun sualını deputat, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri, Rəşad Mahmudov cavablandırır.

Rəşad Mahmudov Rəşad Mahmudov

“İstər Sputnik, istər Sinovakın əsas cəhəti heç bir zərərinin olmamasıdır. Uzun müddətdə belə yan təsiriləri akarlanmayıb. Faydalılıq nisbətinə baxınca mənim fikrimcə, Sinovak daha müsbət nəticə verir və dünya ölkələrində də Sinovakın qoruma ehtimalının 98 faiz, ölüm faktını 100 faiz önləməsi barədə məlumatlar var”,- deyən doktor payıza qədər vaksinlənmədə kütləvi iştirak olarsa, pandemiyadan can qurtara biləcəyimizin müjdəsini verir.

“Azərbaycan dövləti istənilən qərarı verməzdən öncə yüz ölçüb, bir biçir. Bütün bunlar xalqımızın təhlükəsizliyi üçündür. Payıza qədər bizim əlimizdə qızıl dövr var. Ümumi şəkildə vakisnasiyadan keçsək, biz bu payızı bu bəladan yaxamızı qurtarmış olarıq. Pandemiya bitəcək, lakin koronavirus ömürlük bizimlə qalacaq. Bunu bilməliyik. Odur ki, tədbirlərimizi də buna uyğun şəkildə qurmalıyıq. Peyvvəndlənməni effektiv şəkildə həyata keçirsək, bir çox yumşalmalara getmək olar. Toylarla bağlı mənə bir deputat kimi tez-tez müraciət edirlər. Hətta bir cütlük dedi ki, restoranlarda 200 adam oturur yoluxmur, biz geniş sarayda bəy-gəlin paltarı geyib 100 nəfərlə oturuncamı gəlir korona? Mən insanların narahatlığını başa düşürəm. Amma elə şeylər var ki, dövlət onlar barədə danışıb əhalini stressə salmaq istəmir. Hansısa qərarlar verilirsə, bunun arxasında mütləq beynəlxalq təcrübə, uzunmüddətli müzakirələr dayanır. Ölkəmiz kifayət sayda vaksin əldə edib. İndi vaksinasiyaya maraq göstərən, özü könüllü şəkildə peyvənd olunmaq istəyənlərin sayı da həddən çoxdur. Mən ümid edirəm ki, az müddət sonra gözəl xəbərlər eşidəcəyik”.

İlhamə Rəsulova

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »