Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baqdasaryan: “Azərbaycan tərəfinin Qaragöldən geri çəkiləcəyinə inanmaq olmur”
Qaragöl, Zəngəzur, Azərbaycan

Qarabağda aldığı məğlubiyyət Ermənistan hakimiyyətinin nüfuzuna böyük zərbə vurdu. Nikol Paşinyan və komandası buna qədər çox iddialı danışırdı. Amma Azərbaycanın qələbəsindən sonra yaranmış yeni gerçəklik vəziyyəti dəyişdi. Daha hədə dili ilə danışılmır. Əksinə, Paşinyan cəmiyyəti düşmənçilik mövqeyindən imtinaya çağırır.

Bizimyol.info xəbər verir ki, Ermənistan politoloqu Armen Baqdasaryan Ermənistan hakimiyyətinin Azərbaycanla açıq qarşıdurmadan çox qorxduğunu deyib. Onun fikrincə, Paşinyanın komandası Bakı ilə hər hansı formada toqquşmadan çəkinir. Baqdasaryan deyib ki, İrəvan hərbi əməliyyatların bərpasını heç istəmir.

“Onlar elə vəziyyətdədir ki, Azərbaycanın həmləsinə hər hansı şəkildə tab gətirə bilməzlər. Azərbaycan tərəfinin Qaragöldən geri çəkiləcəyinə inanmaq olmur. Ehtimal böyükdür ki, rəsmi mənbələr, sadəcə, həqiqəti dilə gətirmirlər”.

Baqdasaryan düşünür ki, indi Ermənistanda hakimiyyətsizlik hökm sürür. Politoloq yerli hökumətin danışıqlarda iştirak etmədiyini bildirir. Baqdasaryan bütün məsələləri Azərbaycan və Rusiyanın öz arasında razılaşdırdığını hesab edir.

“Ölkə özünü madafiə etməyi, maraqlarına uyğun davranmağı bacarmalıdır. Yoxsa qərarlar yalnlz zərərinə işləyər. İndi Rusiya vasitəçiliyə hazır olduğunu bildirir. Azərbaycan şərh verir, Ermənistan isə susur. Əsas problem də bundadır”.

Baqdasaryan hakimiyyəti son günlər Zəngəzurda və Göyçədə baş verənlərə görə xüsusi qınayır. Politoloq hesab edir ki, Ermənistan hökuməti çox aciz görünür. Paşinyanın komandasını təkcə Baqdasaryan tənqid etmir. İrəvanın Bakıdan çox çəkinməsi aşkar diqqət çəkir. Qaragöl qalmaqalında da Ermənistan hakimiyyətinin necə çarəsiz təsir bağışlaması nəzərə çarpırdı.

Sərhəddə ilk gərginlik mayın 12-də qeydə alınmışdı. Ermənistan Azərbaycan hərbi qüvvələrinin Laçın və Gorus rayonlarının kəsişdiyi yerlərdə sərhədi pozduğunu iddia edirdi. İrəvan iddia edirdi ki, Bakı Qaragölə tam nəzarəti ələ keçirməyə çalışır.

Bundan sonra başqa istiqamətlərdə də gərginlik müşahidə olunmağa başlandı. Məsələ o qədər ciddiləşdi ki, ABŞ tərəfləri təmkinli olmağa çağırdı, Rusiya vasitəçilik etmək istədiyini bildirdi. Sonradan Rusiyanın xarici işlər naziri Sergey Lavrov vəziyyətin sabitləşdiyini açıqladı.

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
Son xəbərlər
Bütün xəbərlər »