Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinkenlə Lavrov Azərbaycan və Ermənistan sərhəddindəki vəziyyəti müzakirə edib
Entoni Blinkenlə - Sergey Lavrov

ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə Azərbaycan və Ermənistan sərhədindəki vəziyyət də müzakirə olunub.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Neda Prays deyib.

Onun sözlərinə görə, görüş iki saata yaxın davam edib: “Dövlət katibi Suriya xalqına humanitar yardımın çatdırılmasının təmin olunması üçün şəraitin yaradılmasının vacibliyini qeyd edib. Tərəflər arasında regional məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında münaqişənin uzunmüddətli siyasi yolla tənzimlənməsi üçün axtarışların davam etdirilməsi müzakirə olunub”.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri söyləyib ki, A.Blinken və S.Lavrov iki ölkənin qarşılıqlı maraqlarını təqdim edəcək əməkdaşlıq mövzularını da müzakirə ediblər. Onlar strateji sabitlik, İran və Şimali Koreyanın nüvə proqramı, habelə Əfqanıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar: “Dövlət katibi və xarici işlər naziri gələcəkdə də müzakirələr davam etdimək barədə razılığa gəliblər”.

S.Lavrov isə bildirib ki, onların görüşünün yekununa dair məruzə ABŞ prezidenti Cozef Baydenə və Rusiya prezidenti Vladimir Putinə təqdim ediləcək.(report)

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Koçaryan: “Azərbaycanı qıcıqlandırmaq yox, danışıqlar üçün qapıları açıq saxlamaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »