Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada yeni təhlükəli bakteriya aşkarlandı
Laboratoriya

Rusiyada göyöskürəyə oxşar xəstəliyə səbəb olan yeni bakteriya aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətin mütəxəssislərinə istinadən "İzvestiya.ru" bildirib.

Ekspertlərin sözlərinə görə, “Bordetella holmesii” bakteriyası həmin xəstəliyin əlamətlərini yaradır və xəstəlik daha yüngül formada keçir.

Artıq Rusiyada yeni və köhnə xəstəlik törədiciləri aşkarlamağa qadir olan xüsusi test hazırlanıb. Bu halda göyöskürək vaksini “Bordetella holmesii”nin səbəb olduğu xəstəlikdən qorumur.

Qeyd edilir ki, bir sıra xarici ölkələrin alimləri yeni bakteriyanı artıq 10 ildir araşdırırlar, ancaq o, Rusiyada daha əvvəl aşkarlanmayıb. Xarici ekspertlərin məlumatına görə, yeni bakteriyanın səbəb olduğu xəstəliyin müddəti 80 gün təşkil edir, o, göyöskürəkdən daha asan keçir. Bu halda “Bordetella holmesii” yoluxmasından sonra hələ heç bir ölümcül nəticə qeydə alınmayıb.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »