Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı ekspert: "Paşinyan KTMT dövlətlərinin imicinə xələl gətirir"
Nikol Paşinyan

“Paşinyanın KTMT-yə müraciəti populist bir addımdır və ermənilərin işğal planlarına kömək etmək üçün xarici qüvvəyə müraciət etmək cəhdidir. KTMT burada heç bir şey edə bilməz. O, yalnız hər hansı bir hərbi təcavüz və ya üzvlərinin ərazi bütövlüyünə təhlükə yarandıqda kömək edir. Burada isə belə bir hal yoxdur”.

Bunu “Report”a “Vestnik Kavkaza” agentliyinin baş analitiki Andrey Petrov Ermənistan baş nazirinin vəzifələrini yerinə yetirən Nikol Paşinyanın Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin həllinə kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciətinə münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, erməni tərəfinin bu cür tələbləri KTMT-nin imicinə xələl gətirir: “Çünki Paşinyan bu yolla təşkilatın öz üzvlərinə planlarında və istəklərində kömək edə bilmədiyini göstərir. Əlbəttə ki, KTMT-nin sərhədlərin delimitasiyasına aidiyyatı yoxdur”.

Petrov həmçinin, mövcud gərgin vəziyyətin yaxınlaşan növbədənkənar parlament seçkiləri səbəbi ilə Yerevan tərəfindən yaradıldığını vurğulayıb: “Hazırda müxalifət bundan istifadə edərək hakimiyyətə təzyiq göstərməyə, onun zəif olduğunu və maraqları müdafiə edə bilmədiyini göstərməyə çalışır. Hazırkı hökumət isə öz növbəsində gücünü göstərməyə, guya Azərbaycana müqavimət göstərə bildiyini nümayiş etdirməyə məcbur qalıb. Ancaq adətən Ermənistanın daxili siyasətində olduğu kimi, onlar yenə də kömək üçün xarici qüvvələrə – yəni Rusiya və KTMT-yə müraciət ediblər”.

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »