Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN: Türk diplomatlar Holokost zamanı yüzlərlə yəhudini xilas edib
XIN - Türkiyə Xarici İşlər Nazirliyi

“ABŞ Dövlət Departamentinin Türkiyə Prezidentinə qarşı ittihamlarını rədd edirik”.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin etiraz bəyanatında bildirilib.

Bəyanatda ABŞ Dövlət Departamenti Türkiyə Prezidentini ittiham etmək əvəzinə, Fələstin xalqına qarşı edilən hücumların qarşısını almaq üçün səy göstərməyə çağırılıb: “Prezidentimizin dilə gətirdiyi məqamların hədəfi yəhudilər deyil, İsrailin əksəriyyəti uşaq, qadın və gənc olan bir çox günahsız fələstinlinin ölümünə səbəb olan hücumlarıdır. Digər tərəfdən, Prezidentimiz İsrailin keçmiş Baş nazirinin açıqlamalarını xatırladıb”.

Qeyd olunub ki, bütün inanclara hörmət edən, fərqli dini qruplarının dinc yanaşı yaşamaq mədəniyyətinə sahib olan Türkiyədə antisemitizm heç vaxt özünə yol tapmayıb.

“Ölkəmizin torpaqları əsrlər əvvəl inkvizisiyadan və İkinci Dünya müharibəsi zamanı Holokostdan qaçan bir çox yəhudinin vətəni olub. Cəsur türk diplomatlar Holokost zamanı yüzlərlə yəhudini xilas etməyə kömək ediblər. Yəhudi vətəndaşlarımız bu torpaqda əsrlər boyu heç bir ayrı-seçkilik etmədən sülh və əmin-amanlıq içində yaşayırlar. Türkiyə antisemitizmi ilk dəfə insan hüquqları pozuntusu olaraq təyin edən BMT İnsan Haqları Şurasının qərarının əsas təşəbbüskarlarından biridir”, - deyə bəyanatda qeyd edilib.

Bəyanatda ABŞ rəhbərliyinin 1915-ci il hadisələrini "soyqırımı" kimi xarakterizə etməsinə toxunulub, mübahisəli, heç bir konkret məlumat, sənəd və sübuta əsaslanmayan bu ittihamla ABŞ-ın İsrailin hücumlarına səssiz qalması ilə müqayisə edilib.

Qeyd edək ki, ABŞ Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğanın İsrailin Fələstinə hücumları barədə bəyanatını pisləyib.(apa)

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »