Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mayın 20-nə olan hava proqnozu
hava

Mayın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 26-31, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Mayın 20-də gündüz Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »