Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb
İmtahan

Ümumi (9-cu sinif) orta təhsil bazasında buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb.

Bizimyol.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahanlar 2,3,9,10,16,17 iyunda aşağıdakı qrafikə uyğun keçiriləcək.

Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış DİM-in saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.

 Tarix Şəhər (rayon)
02.06.2021 Abşeron (1-ci hissə), Gəncə (Kəpəz), Qazax, Şəki, Lənkəran,

Bərdə, Ağsu, Ağdaş, Saatlı, Qusar, Siyəzən, Xızı

03.06.2021 Naxçıvan MR, Sumqayıt (1-ci hissə), Gəncə (Nizami), Daşkəsən, Ağstafa,

Qəbələ, Astara, Lerik, Yardımlı, Yevlax, Zərdab, Ucar, Şirvan, Şabran, Qobustan, Hacıqabul

09.06.2021 Nəsimi, Qaradağ, Nərimanov, Abşeron (2-ci hissə), Goranboy,

Naftalan, Zaqatala, Masallı (1-ci hissə), Ağdam, Tərtər, Şamaxı, Xaçmaz (1-ci hissə),  Sabirabad

10.06.2021 Nizami, Səbail, Suraxanı, Sumqayıt (2-ci hissə), Mingəçevir, Balakən,

Cəlilabad (1-ci hissə), Ağcabədi, İsmayıllı, Quba (1-ci hissə), İmişli+Mehdili, Biləsuvar

16.06.2021 Yasamal, Xəzər, Xətai, Göygöl, Tovuz, Gədəbəy, Oğuz,

Masallı (2-ci hissə), Beyləqan, Göyçay, Xaçmaz (2-ci hissə), Salyan

17.06.2021 Binəqədi, Sabunçu, Pirallahı, Samux, Şəmkir, Qax, Cəlilabad (2-ci hissə),

Füzuli, Kürdəmir, Quba (2-ci hissə), Neftçala

*Bakı xüsusi məktəblər, Çilov, ingilis,gürcü, fransız bölmələri

Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Abşeron, Sumqayıt, Masallı, Xaçmaz, Cəlilabad, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, hissələrlə adlandırılıb.

Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün imtahan iyunun 17-də keçiriləcək.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »