Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtobus sürücüsündən riyaziyyat dərsi: "Toplananların yerini dəyişəndə cəm dəyişmir"
Bakubus

Bütün yaradıcı insanlar kimi mənim də hərdən bir tükənmişlik sindromum olur. İlham pərilərimi tapmaq üçün nə sərin bulaqlara, nə mənzərəli dağlara, meşələrə üz tutmuram. Camaatın işdən çıxan saatında ictimai nəqliyyata bir dəfə minirəm, xalq əzizşdirə-əzişdirə limon kimi suyumu çıxadır, beynim başlayır xalq yaradıcılığından bəhrələnməyə. Hələ hazırkı səhiyyə böhranı dönəmində bu məhsuldarlıq birə min artıb. Metro yox, avtobusların yükü çox, gir avtobusa bəhrələn də...

Dünən axşam avtobus dayanacağında bir toyun adamı toplaşmışdı. Avtobusun içində olanların sayı barədə fkrim yoxdur, çünki hamı elə bərk-bərk qucaqlaşmış, səliqəli şəkildə kompaktlaşdırılmışdı ki, heç kimin başı da sağa sola dönmürdü, yalnız göz bəbəklərimiz hərəkət edirdi, o da qarşındakının harasını görür, demək düz olmaz...

Sürücü bir ucdan qışqırır: “Ay camaat, arxa qapıya sıxlaşın da, nə var bu ön qapıda. Əşi sıxlaşın yığaq da bu camaatı, bərəkət tökülüb qalıb küçələrdə e... Sıxlaşın. Qorxmayın, toplananların yerini dəyişəndə cəm dəyişmir”.

Kimi bu bənzətməyə güldü, kimi acıqlanıb sürücüyə qışqırdı.”A kişi riyaziyyat dərsi keçmə burda, səni ora otuzduranın...”

Sürücü bu deyilənlərə aldırış etmədən içəridə üst-üstə yığılmış adamların üstünə bir mərtəbə də sərnişin yığıb yola davam edir. Hər yeni dayanacaqda tələb edir ki, düşmək istəyənlər arxa qapıya keçsinlər , çünki ön qapıdan düşməyə icazə yoxdur. Amma hazırkı şəraitdə bu qədər milləti bir-birinə qaynaq etməyə icazə var. Üstəlik, “Bakubus”ların pəncərələri kiçik olduğu üçün içəridə nəfəs almaq dönüb olur zülm, bir də maska taxmaq məcburiyyəti. Bilmirsən havasızlıqdan boğulub ölmək yaxşıdır, yoxsa xəstəliyə yoluxmaq. İki pisdən birini seçmək kimi şansımız yoxdur. Ən pisini seçmişik. Çünki əmr dəmiri kəsər, neyləmək olar?

Əmr verilibsə ki, həftə sonları avtobus işləməməlidir, deməli olmaz. Həftəsonu işləyənlər aldıqları beş on manat maaşı taksiyə verməlidir, amma əlahəzrət Operativ Qərargah əmr vermeyib deyə nə metro, nə avtobuslar açıla bilməz. Çünki, əlahəzrət xəstəlik yalnız şənbə bazar günləri avtobuslarda əmək fəaliyyəti göstərir. Bir ağıllı məntiqlə başa salan olsa, qaxılıb oturardıq yerimizdə. Başa salan yoxdur...

İlhamə Rəsulova

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »