Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyevin Brüssel səfəri: “NATO və Avropa İttifaqı üçün Azərbaycan Şərqə açılan pəncərədir”
Hikmət Hacıyev

May ayının 18-də Brüsseldə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşüb. Oliver Varhelyi özünün tvitter hesabında bu barədə paylaşım edərək bildirib ki, görüşdə Aİ-Azərbaycan arasında ikitərəfli münasibətlər, Aİ-nin Qarabağa yardımı, COVID-19-dan sonra iqtisadi bərpa və TAP boru kəmərinin potensialı müzakirə olunub.

“Hikmət Hacıyevin Brüsseldə başlayan görüşləri çox vacibdir. İki istiqamətdə görüşlər baş tutdu. NATO və Avropa İttifaqının rəsmiləri. Hər iki struktorun əməkdaşı bizim üçün vacibdir”. Bu fikirləri politoloq Elxan Şahinoğlu Bizimyol.info-ya açıqlaması zamanı bildirib.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

Onun sözlərinə görə, həm NATO, həm də Avropa İttifaqı üçün Azərbaycan Şərqə açılan pəncərədir.

“Bu ildən başlayaraq Azərbaycan Avropaya qaz idxal edir. Bu Avropa üçün çox vacibdir. Baxmayaraq ki, biz qazın nəqlində Rusiya ilə rəqabət aparmırıq, amma Avropa üçün vacibdir ki, alternativ mənbələrdən qaz əldə edir. Ona görə də, Azərbaycanın əhəmiyyəti Avropada daha da artıb. Düzdü Avropa ölkələrinin bəziləri ermənipərəst mövqedən çıxış edir, amma hamısı belə deyil. Onlar Azərbaycanın yerini və rolunu anlayırlar. Bizə dost olan Avropa dövlətlərini Qarabağa dəvət edirik. Deyirik ki, şirkətləriniz Qarabağda gəlsin və yenidənqurma, inşaat işlərində iştirak etsinlər. Buna maraq göstərənlərin sayı da kifayət qədər artıb.

Dövlət başçısı İham Əliyevin əhəmiyyətli bir fikri var ki, Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir. Biz orduda Nato standarlarını tətbiq edirik. Müharibədə qələbə çalmağımızın əsas qazanclarından biri də məhz bu idi. Ermənistan köhnə, Sovet silahları ilə silahlanmışdı və bu gün Bakının mərkəzində “Hərbi Qənimətlər Park”ına biz diqqət yetirsək həmin silahları görərik.

Siyasi şərhçinin sözlərinə görə, biz qarşmıza hədəf qoymamışıq ki, NATO-ya və ya Avropa İttifaqına üzv olmalıyıq, amma qarşımıza məqsəd qoymuşuq ki, hər iki struktura inteqrasiyanı gücləndirəcəyik.

“Artıq uzun müddətdir ki, Azərbaycanla Avropa İttifaqı arasında strateji saziş üzərində iş gedir. Müharibə olmasaydı bəlkə də, ötən ilin sonlarında bu saziş imzalanacaqdı. Mən elə düşünürəm ki, bu il həmin sənəd imzalana bilər”.

Leyla Mirzə

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »