Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda Göyçədəki növbəti gərginlikdən yazırlar: “Qarşıdurma olub”
Basarkeçər, Zəngəzur

İndi Ermənistan ərazisi sayılan Basarkeçər rayonunun adı son vaxtlar çox çəkilir. Qonşu ölkədə iddia edirdilər ki, Azərbaycan hərbi qüvvələri mayın 12-dən bu rayon istiqamətində sərhədləri pozmağa cəhd göstərir. Belə açıqlamalarla demarkasiya prosesinə əngəl yaratmağa cəhd olunurdu. Amma Azərbaycan tərəfi təmkinlə sərhədlərin dəqiqləşdirilməsini davam etdirir və geri çəkilmək fikri də yoxdur.

Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatı yerli və azərbaycanlı hərbçilər arasında növbəri qarşıdurmadan yazır. İddiaya görə, hadisə məhz Basarkeçər rayonu ərazisində baş verib. Tərəflər arasında böyük mübahisə yarandığı bildirilir. Sosial şəbəkələrin Ermənistan seqmentində məsələnin daha ciddi olduğu yazılır. Yazılanlara inansaq, hərbçilər arasında əlbəyaxa qarşıdurma olub. Hansı tərəfin üstün gəldiyi qeyd edilmir. Amma bu detalın üstündən sakit keçmələri də onu göstərir ki, hətta qarşıdurma yuranıbsa belə, Azərbaycan tərəfi öz iradəsini bu dəfə də qbul etdirib.

Ermənistan Müdafiə Nazirliyi məsələyə münasibət bildirib. Nazirlik söhbətin yalnız mübahisədən gedə biləcəyini açıqlayıb. Açıqlamaya görə, vəziyyət sabitləşib, mübahisəyə son qoyulub.

Azərbaycan-Ermənistan sərhədində gərginlik mayın 12-dən yaranıb. Laçın və Gorus rayonlarının kəsişdiyi Qaragöl qarşıdurma meydanına çevrilmişdi. Ermənistan Azərbaycanın sərhədi pozduğunu, su hövzəsinə tam nəzarəti ələ keçirməyə çalışdığını iddia edirdi. Azərbaycan Xarici İşlər Nazirliyi isə qarşı tərəfin demarkasiya və delimitasiya prosesinə mane olmağa çalışdığını bildirmişdi.

Ermənistan sonrakı günlərdə Zəngəzurun başqa yerlərində də Azərbaycan hərbi qüvvələrinin fəallığından danışmağa başlamışdı. Tezliklə Göyçə mahalının da adı çəkilmişdi. Ermənistan ictimaiyyəti növbəti dəfə torpaq itirilməsi ehtimalına görə ciddi narahat olmuşdu. Mayın 17-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransı keçirərək hər hansı toqquşmadan söhbət getmədiyini açıqlamışdı.

Basarkeçər azərbaycanlıların əsasını qoyduğu kənd olub. Çar Rusiyasının arxiv sənədlərində hələ 1831-ci ildə burada 178 azərbaycanlının yaşadığı qeyd edilib. Ermənistan Basarkeçəri Sovet İttifaqı yaranandan sonra ələ keçirib. 1969-cu ildə bura rayon statusu verilib və adı Vardenisə dəyişdirilib.

2013-cü ilin fevralında Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Basarkeçərdə tərəfdarları ilə görüşü zamanı maraqlı hadisə baş vermişdi. Görüşə gələnlərdən biri ürək sözlərini azərbaycanca demək istədiyini bildirmişdi.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »