Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Müharibədən aylar keçib, amma heç bir dövlət qurumu maraqlanmır” - Foto
Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Vətən müharibəsinin könüllü iştirakçısı Şıxalıyev Nahid İslam oğlu tərəfdindən redaksiyamıza şikayət məktubu daxil olub. Vətən Müharibəsi qazisi məktubda bildirir ki, müharibənin bitməsindən 7 ay ötür, lakin hələ də yatağ xəsdəsidir və kirayədə qalır. Dövlət qurumları tərəfindən isə ciddi bir köməklik göstərilməyib.

Qazi Bizimyol.info-ya ünvanladığı məktubda bildirir ki, iş qabiliyyətini tamamilə itirib və maddi baxımdan çox çətinlik çəkir.

“Mən könüllü olaraq sentyabrın 29-dan İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Füzulidən başlayaraq Şuşaya qədər döyüşmüşəm. Noyabrın 6-da Şuşa şəhərində gedən döyüşlər zamanı 2 snayper gülləsi dəyib. Sol əlim fəaliyyətini tamamilə itirib. Sağ ayağım sınıb və 7 aydır ki, “İlizarov” aparatı ilə yaşayıram. Müalicəm hələ aylarla davam edəcək. Ailəliyəm və bir övladım var. İmişli rayonunda kirayədə yaşayıram”.

Şıxalıyev Nahid İslam oğlunun sözlərinə görə, Prezident Aparatından İmişli rayon İcra Hakimiyyətinə onun evlə təmin olunması barədə cavab məktubu gəlib, lakin məsələyə baxan yoxdur.

“İmişli rayon İcra Hakimiyyətinə evimin olmaması ilə bağlı dəfələrlə məlumat vermişəm. Sadəcə qeydiyyata alıb gediblər. Prezident Aparatına da müraciət etmişəm. İcra Hakimiyyətinə cavab məktubu gəlib ki, Şıxalıyev Nahid İslam oğlu mənzillə təmin edilsin. Lakin təmin edən, köməklik göstərən yoxdur.

Şıxalıyev Nahid İslam oğlu, Qarabağ qazisi Şıxalıyev Nahid İslam oğlu, Qarabağ qazisi

Döyüşmək bizim vətən borcumuzdur. Mən bu halımla da qürur duyuram. Canım vətənimə, millətimə qurban olsun. Sadəcə xahiş edirəm ki, səsimə səs versinlər. Köməklik göstərsinlər ki, bu çətinlikdən xilas olum”.

Leyla Mirzə

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
››› İyunun 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »