Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Laçının Humay bulağı ilə bağlı qalmaqala reaksiya: “Namussuzluqdur!”
Laçın rayonu

Dünən sosial şəbəkələrdə Laçına səfər etmiş bur qrup rəsmi şəxsin şəhid bulağında araq içməsi barədə xoşagəlməz xəbərlər yayıldı.

Bildiyiniz kimi 29 il sonra mayın 18-ni Laçının işğal günü kimi qeyd etmədik. Bu münasibətlə AzTV-nin, ARB-nin, Real TV-nin əməkdaşları reportaj hazırlamaq məqsədilə Laçında olublar. Tədbirdə Qarabağ qaziləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Laçının deputatı Mahir Abbaszadə, eləcə də Laçın rayonundan olan sakinlər iştirak ediblər.

Sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında şəhid Humay Hümbətovun xatirəsinə salınmış bulaq başında kef məclisi qurduğu ilə bağlı məlumatlar yayıldı. İlk öncə Mahir Abbaszadə reaksiya verərək bildirib ki, Laçının bu adda şəhidi yoxdur. Bu bulaq Humay kişinin xatirəsi üçün övladları tərəfindən tikilibmiş.

Səfərdə iştirak etmiş hərbi ekspert Ədalət Verdiyev də qəzəbini gizlədə bilməyib.

Ədalət Verdiyev Ədalət Verdiyev

“Şəhidlə əlaqəsi olmayan bulaqda 29 il erməninin yeyib-içməsindən narahat olmayanlar, bu gün rayon deputatının, döyüşçülərin bir yerdə ayaqüstə nahar etməsindən narahatdır. Humay bulağının şəhidlə əlaqəsi yoxdur, orada şəhid qəbri də yoxdur. Cecə saat 2-də yola çıxan, 500 km yol gedən nahar etməli idi, dükan yox, kafe yox, hərə gətirdiyini ortaya qoyub. Hansısa sərəfsizi gətirib süfrənin başında əyləsdir, o da sənin şəklini gizlincə çəkib şantaj eləsin. Ey alçaq insan, sən özün görmədin ki, o ərazidə üstü bağlı və əl yumağa suyu olan başqa yer yoxdur? Ay şərəfsiz, sən həmin bulaqda 2021-ci ildə yenə erməniləri görmək istəyirdin? Çörək kəsdiyin adamı süfrəsi başında şəkillə şantaj etmək alçaqlıq, şərəfsizlik, namussuzluqdur”.

İlhamə

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »